Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
14.01.2012 / 1 şərh / 2702 -dəfə baxılıb

Vaxtdan gedir - YAZI

“Milli komandanın inkişafı üçün heyətdə yer alanların, eləcə də potensial üzvlərin legioner həyatı yaşamaları vacibdir, labüddür”. Bu kəlmələr mənə deyil, futboldan az-çox başı çıxan hər kəsə aiddir. Adi bir misal: Yenicə anadan olan uşağı apar at cəngəlliyə, danışa bilməyəcək, insan vərdişlərini deyil, heyvan vərdişlərini mənimsəyəcək. Apar İngiltərəyə, mədəni fərd kimi formalaşacaq, bəlkə də, “Oksford”u bitirəcək. Bu, həyatın hər bir sahəsində keçərlidir. Cəngəlliyə atdığımız uşaq yaxşı qaça bilər, amma futbol oynaya bilməz.

Azərbaycan futbolunda yetişən bir şəxs futbolçu ola bilər, amma dünya səviyyəsinə çatması üçün müəyyən proseduradan keçməlidir. Güclü futbolçu olmaq üçün karyeran ərzində “Neftçi”dən vurub, “Kəpəz”dən çıxmaq yetmir.

Bu yaxınlarda Azərbaycan futbolunda, həqiqətən də, təqdirəlayiq hal yaşandı. Araz Abdullayev boyundan yuxarı tullanmadı, oynaya biləcəyi Yunanıstan çempionatının “Ponionios” klubuna getdi. Əlbəttə ki, Arazın Yunanıstana getməsində əsas amillərdən biri “Everton” kimi tanınmış və köklü kluba məxsus olmasıdır. Bəli, Araz geriyə baxmadı. “Neftçi”də şah balası kimi bəslənməyi, pul, maşın və digər şərtləri kənara qoyub, maliyyəsi elə də güclü olmayan “Ponionios”a getdi. Məncə, Arazın qazandıqları itirdiklərindən çox olacaq. Əgər Araz puldan məhrum olacaqsa, əvəzində Yunanıstan çempionatı kimi bizi qat-qat üstələyən və həyəcanla dolu bir yarışda qüvvəsini sınayacaq. Araz “Panatinaikos”, “Olimpiakos” kimi güclü komandalara qarşı oynayacaq, beynəlxalq təcrübə toplayacaq, fərqli mədəniyyət və futbol fəlsəfəsi görəcək. Qayıtdıqda isə “Neftçi” başda olmaqla, digər klubların da qapıları, bacaları onun üzünə açıq olacaq, daim diqqət mərkəzində saxlanılacaq. Gənc futbolçuya heç cür etimad göstərməyən Foqts onu çağırmağa məcbur olacaq.

Əlbəttə ki, iş təkcə Arazla bitmir. Bu ölkənin milli komandasının 7 xalı ortaya qoyub, başına fırlanmamasını istəyiriksə, Araz kimilərimiz çox olmalıdır. Legioner təkcə futbol oynamır, həm də ölkəsinin təbliğatçısı olur. Əgər üstünə düşsələr, bizim 10-a yaxın futbolçumuz ölkə xaricində oynaya bilər. Belçika millisinin qapısına qol vuran Rauf Əliyev Belçika çempionatında oynaya bilməz ki? Əlbəttə oynayar. Sadəcə, bunu istəmək lazımdır. İnkişaf üçün çox şeyi qurban vermək olar. Necə ki, bunu vaxtilə Vəli Qasımov, Nazim Süleymanov kimi futbolçularımız ediblər. Bizdə futbolçu yetişir, sadəcə yerində sayır. İnkişaf üçün mütləq getmək lazımdır. Əgər Rauf Əliyev bu gün Avropaya getməsə, sizi əmin edirəm ki, o, 5 ildən sonra da ən yaxşı halda bu səviyyədə qalacaq. Çünki bizdə futbol bir sənətdir, kütləviləşməyib. Futbolçularımız futbolu özləri üçün oynayırlar, azarkeşlər üçün yox. Onları da qınamaq olmur. Bir oyuna ki, 500 azarkeş gəlirsə, hansı publikadan danışmaq olar? Ələ imkan düşmüşkən gedin, geri də baxmayın.

Hansı 22-23 yaşlı futbolçu ilə əlaqə saxlayırsan, deyir ki, əsas məqsədlərimdən biri ölkə xaricində oynamaqdır. Bu tendensiyanın 3-4 ildir ki, şahidiyəm. Amma istəyi əmələ çevirən yoxdur. 3-4 il öncə bunu deyənlərin çoxu indi 27 yaşı olduğunu nəzərə alıb getmir, deyir ailə var. Bax, atalar məsəli burada öz qüvvəsinə minir: bu günün işini sabaha saxlamazlar. Futbolçu Azərbaycandan çıxmağa çalışırsa, klub bunun üçün 2 dəfə çox çalışmalıdır. Onsuz da Azərbaycan klubları futboldan, futbolçularından pul qazanmırlar. Məgər bu və digər oyunçusuna 100 min transfer qiyməti qoymaqla hər hansı bir təmsilçimiz “Ayaks” olacaq, vallah olmayacaq. Futbolçusunun ölkə xaricində oynamasına təşəbbüs göstərən yeganə klubumuz “Neftçi”dir. Amit Quluzadənin Türkiyədə, Araz Abdullayevin isə Yunanıstanda oynaması buna bariz nümunədir. “Qarabağ” da vaxtilə bu yolu tutmuşdu ki, Vaqif Cavadov sonradan oynamayacağı Hollandiyanın, eləcə də Avropanın tanınmış “Tvente” klubuna keçmişdi. Deməli, biz istəyəndə nəyəsə nail ola bilirik.

Sual oluna bilər ki, bu gün Azərbaycan çempionatında oynayanlardan hansılar ölkəmizi hüdudlardan kənarda təmsil edə bilərlər. Həqiqətən də, şəxsi keyfiyyətlərini bir kənara qoyub, futbollarına baxsaq, Rauf Əliyev, Əfran İsmayılov, Vüqar Nadirov, Rəşad Sadıqov, Mahir Şükürov, Kamran Ağayev, Elvin Məmmədov, Qara Qarayev, Rəşad Abdullayev Avropa ölkələrinin çempionatlarında mübarizə apara bilərlər. Sadəcə, bizim futbolçularda bir tərəddüd var. Bu tərəddüdü, qara pərdəni yox eləmək lazımdır. Bizim futbolçuların çoxu hesab edir ki, futbol yalnız pul və kiçik bir çevrədən ibarətdir. Hər kəsin qarşısında gözünün görmədiyi bir üfiq var ki, ona doğru getmək lazımdır. Geriyə baxmadan.

Azərbaycan futboluna təzə düşən adamlar bizimkilər haqqında daha səlist danışırlar, nəinki içində olanlar. Bu yaxınlarda ölkəmizdə olmuş A kateqoriyalı kursların rəhbəri, Almaniya Futbol Federasiyasında çalışan türkiyəli Daşkın Aksoyun maraqlı fikirləri ilə yazıya son qoymaq istəyirəm: “Azərbaycan futboluna baxış dəyişməsə, futbolçularınız ölkə xaricinə çıxmasalar, 20 il sonra buraya gələrəm, yenə oturub Avropa xəyallarından, inkişaf etməyin yollarından danışarıq”.
Artıq vaxtdan gedir...

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

  • qeweng yazidi bele kose yazilarini oxumaq mene lezet edir gas bu yazilarinizdan futboldakilarda numune goture bilse

    Aydin Manafov (aydin592) / 18.01.2012 19:58 /

  • Şərh qoymaq üçün siz qeydiyyatı keçməlisiniz,
    və yaxud daxil olmalısınız

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.