Rəylər
- 06.02.2012 / 2 şərh / 237 -dəfə baxılıb
ANS telekanalında “Xəbərlər”i aparan xanım QƏRİBƏ bir məlumat oxuyur: “Erməni ordusunun əsgərləri atəşkəsi pozmağa cəhd ediblər. Lakin milli ordumuzun əsgərləri bu cəhdin qarşısını alıblar”. Adama deyərlər, atəşkəsi ya pozarlar, ya da pozmazlar, cəhdin qarşısını necə almaq olar? Bəlkə iki ordunun əsgərləri eyni səngərdə qulluq edirlər və biri silaha əl uzadan kimi, o biri görür, tez bu cəhdin qarşısını alır?
Bir tərəfdən də eşidirəm ki, ABŞ hələ də İraqda nüvə silahı axtarır, amma tapa bilmir. Bu iraqlılar da QƏRİBƏ insanlardır e, harada gizlətmisiniz, yerini deyin, camaat da çıxsın getsin işinin dalınca. Axı nə qədər nüvə silahının tapılması gərəkən ölkələr var.
Gözünüz aydın, milli komandamız da oynamaq üçün özünə rəqib tapdı: Sinqapur. Necədir sənin üçün? Hələ bu harasıdır, ardınca Hindistanla da oynayacağıq. Daha nə eləyək e, Avropada hamı ilə oynamışıq, bura artıq maraqsızdır, yeni, ekzotik rəqiblər lazımdır. Lap rəhmətlik Mirzə Ələkbər Sabirin şeiri yadıma düşdü. Camaat günü-gündən qabağa gedir, biz də dala. Bir azdan Papua və Yeni Qvineya da bizimlə oynamağa razılıq verməyəcək. QƏRİBƏ inkişaf modelidir.
Yəqin xəbəriniz oldu da, “Valentin Qranatkin” turnirində uğursuz çıxışa görə, AFFA rəhbərliyi baş məşqçi Vəli Qasımovdan hesabat tələb edib. İndi Qasımovu ikinci hesabat gözləyir. Bu dəfə Antalyada Türkiyənin U-16 millisinə məğlub olduğu üçün. Ancaq Lippert artıq 4-cü ildir U-21-in baş məşqçisidir və bu müddətdə cəmi 1 qələbə qazanıb. Onu da evdə albanlar üzərində güclə. Amma nədənsə ondan hesabat tələb edən yoxdur. QƏRİBƏ hesabat mexanizmidir.
“Lazım gələrsə, torpaqlarımızı güc yolu ilə düşməndən azad etməyə hazırıq və tezliklə bayrağımızı Şuşada dalğalandıracağıq”. Tanış cümlədir, çünki bu pafoslu, “odlu, alovlu” ifadə bizə aiddir. Amma Azərbaycan çempionatının I divizionunda “Şuşa” adlı bir komanda var, sonuncu yerdə gedir, məşq etməyə meydança, futbolçularına verməyə maaş tapmır və gələcək taleyi də sual altındadır. Di gəl ki, bir nəfər imkanlı şuşalı, qarabağlı, azərbaycanlı tapılmır ki, Şuşa adına sahib çıxsın, bu komandanı yaşatsın. Amma çıxaq ölkəni gəzək, sizə nə qədər desəniz “Şuşa” adlı şadlıq sarayı, hətta istirahət mərkəzi göstərim. Deməli, bizim Şuşaya yanaşma tərzimiz fərqlidir. Məgər Şuşa adı bizə pul qazanmaq üçün lazımdır? QƏRİBƏ yanaşmadır. Qubadlının “Həkəri” adlı bir komandası var idi, ona da sahib çıxan tapılmadı və “canını tapşırdı”. Deyirəm nə yaxşı ki, Abdolbari Goozal var və 2001-ci ildə “Qarabağ”ı himayəsinə götürüb. Yoxsa indi heç “Qarabağ” da olmazdı.
O gün həmkarlarımdan biri Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevə sual verir ki, Ramin müəllim, bəs Misirdə baş verənlər bizim çempionatda da təkrarlana bilərmi? Musayev də cavab verir ki, yox, bizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədədir və belə hal yaşana bilməz. Deyirəm PFL prezidenti də QƏRİBƏ adamdır e. Ay Ramin müəllim, atı yoxuşa sürüb, niyə cavabı qəlizləşdirirsiniz? Bir kəlmə cavab verin ki, bizdə heç stadiona gələn var ki, Misirdəki hadisə də yaşansın?
Saat az qalır 6 olsun, camaat bir azdan yuxudan durub işə gedəcək, mən oturub köşə yazıram. QƏRİBƏ rejimdir.
Qarabağ nağılı bitir? (Yazı)
Neftçidən FLAŞ transfer!
Mahir Şükürov Xəzər Lənkərana keçir
Zəifin gücü, zəfərin sirri... (Yazı)











“Qarabağ”dan mənə rəsmi müqavilə təklifi gəlməyib. Bu səbəbdən özümə yeni klub axtarmağım normaldı...
"Neftçi"də mənə imkan vermirdilər...