Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Digər
29.02.2012 / 0 şərh / 2207 -dəfə baxılıb

"Nadir Şükürovla razılaşmışdıq ki, o hər oyunda qol buraxmasa mən ona 50 dollar verəcəyəm" (Müsahibə)

"Bakı" futbol klubunun uşaq və gənclər üçün nəşr etdirdiyi "Toplu Bakı" jurnalı tanınmış futbol mütəxəssisləri ilə silsilə müsahibələri davam etdirir. Bu dəfə jurnalın qonağı Asəf Namazovdu.

Ad,soyad: Asəf Namazov

Doğum tarixi: 26 yanvar 1952-ci il (60 yaş)

Mövqeyi: Müdafiəçi

Boyu,çəkisi: 178 sm/76kq

Sevimli futbolçusu: Valeri Varonin (SSRİ yığması), A. Banişevski

Sevimli futbol klubu: “Barselona”

Sevimli milli komandası: Braziliya

Futbolçu karyerası:

1963- 1969-cu illərdə Bakının “Dinamo” klubu
1970-ci il Sumqayıtın “Polad” klubu
1971- 1983-cü illərdə Bakının “Neftçi” klubunun heyətində 215 oyunda meydana çıxıb, 6 qol vurub 1981-ci ildə Krasnodarın “Kuban” klubunun heyətində 22 oyun keçirib.

Məşqçi karyerası:

1985-ci ildə “Araz” Naxçıvan klubunun baş məşqçisi (SSSR-i çempionatının Zaqafqaziya 9-cu zonası)
1986-1989-cu illərdə Bakı şəhər Uşaq- gənclər futbol məktəbinin baş məşqçisi
1990-cı ildə-“Xəzər Lənkəran” futbol klubunun baş məşqçisi
1991-1998-ci illərdə Azərbaycan SSR İdman komtəsi tərəfindən İrana göndərilərək -Təbrizin “Maşınsazı” klubunda baş məşqçi işləyib.
1998-ci ildə “Dinamo” klubunda baş məşqçi
1999-cu ildə “Şəmkir” klubunda baş məşqçi (2-ci yer)
2000-ci ildə “Neftçi” klubunda baş məşqçi
2001-ci ildə İranın Məşhəd şəhərinin “Pəyəm” (1-ci liqa) klubunda baş məşqçi
2002-2003-cü illərdə Tehranın “Lokomotiv” klubunda aşağı yaş qruparı üzrə komandaların koordinatoru- (U-16; U-17; U-18; U-19;U-20)
2004-2007-ci illərdə “Maşınsazı” futbol klubunun Texniki direktoru
2007-ci ildə “Bakılı” futbol klubununda baş məşqçi (KlubuPremyer Liqaya çıxartdı).
2008-ci ildə AFFA-da seleksiyaçı məşqçi
2009-cu ildə Təbrizin “Maşınsazı” klubunda baş məşqçi
2010-cu ildə “Bakılı” futbol klubunda baş məşqçi

Bu il 60 illik yubileyini qeyd edən futbol veteranlarımızdan biri də Asəf Namazovdur. Oyunçu karyerası ərzində “Dinamo”, “Polad” və “Neftçi”də çıxış etmiş müdafiəçinin məşqçi fəaliyyəti də rəngarəng olub. Ölkəmizdə Naxçıvanın “Araz”, “Bakılı”, Bakının “Dinamo”, “Neftçi” və “Şəmkir” klublarında işləmiş mütəxəssis ölkə xaricində də işləməyə imkan tapıb. Azsaylı legioner məşqçilərimizdən biri olan Namazovun karyerası İranla bağlı olub. Təbrizin “Maşınsazı”, Məşədin “Pəyəm” klublarında çalışmış müsahibimizi daha yaxından tanımaq üçün onunla görüşdük:

İlk öncə bu il keçirəcəyiniz yubiley münasibəti ilə sizi ürəkdən təbrik edirik. Özünüz barədə oxucularımıza məlumat verərdiniz...

Mən 1952-ci ildə Bakının göbəyində “Vətən” kino teatrının arxasında doğulmuşam. Atam Böyük Vətən müharibəsi iştirakçısı, evimizin yaxınlığındakı 189 saylı məktəbdə kimya müəllimi sonralar isə məktəbin direktoru, anam isə sadə tibb işçisi olub. Buna baxmayaraq mən həmin məktəbdə yox, 190 –da oxumuşam. Məhəlləmizdə Azərbaycanın bir çox məşhur şəxsiyyətləri yaşayırdı. İş adamı İsgəndər Xəlilov, yazıçı Hüseyn Hüseynzadə mənim məhəllə uşaqlarım olub.

6 yaşımda valideynlərim yeni ev aldı və biz “Salyanski kazarma” deyilən əraziyə köçdük. Elə futbolla da ilk dəfə orada məşğul olmağa başladım. Məhəllə uşaqları ilə Yaxınlıqdakı Hərbi hissənin həyətindəki əsgərlərə evdən gətirdiyimiz çörək parçalarını verməklə onlardan top alar və oradakı stadionda futbol oynardıq. Bəzən onlar da bizə qoşulurdu. Məni “Dinamo” futbol məktəbinə isə sonralar məşhur neftçi olan Alçın Şirinzadə gətirdi. Bu 1961-ci ilə təsadüf edirdi. Burada ilk müəllimin Toğrul Hacıyev oldu. Bu məşhur futbol xadiminin üzərimdə zəhməti böyük olub. Əvvəllər topdaşıyan kimi oyun vaxtı meydançanın kənarında durardım. Bu cürə futbolçuların hansı hisslər keçirdiyini, oyunun tempini duyurduq.

Uşaqlığınızla bağlı bizə bir xatirə danışın...

12 yaşım olardı, 1964-cü ilin isti yay aylarından biriydi. Həmin yay Bakıda çox isti keçirdi. Kemiş Leytinant Şmit adına zavodun meydançasında şəhərin müxtəlif yerlərindən gələn komandaların futbol oyunları olardı. “Dinamo”da məşq etdiyim uşaqlardan biri evimizə zəng edib məni həmin gün keçirilən oyuna çağırdı. Onda mən arıq,cılız bir uşaq idim. İndiki təhsil nazirliyinin binasının yerinə çatanda oradakı su kranından su içdim ki, bir az özümə gəlim. Birdən başım hərləndi və özümdən getdim. Yerə yıxılıb 10 dəqiqə huşumu itirmiş vəziyyətdə uzandım. Yanımda futbolçu yoldaşım olmasaydı mən bəlkə də, öləcəkdim. O üzümə su çiləyib məni yaxındakı ağacın altına aparmasaydı kim bilir başıma nə gələrdi. Buna baxmayaraq həmin oyunda oynadım. Hadisəni ömrümün sonuna kimi unuda bilmərəm.

Peşəkar karyeranız “Neftçi” ilə bağlı olub. Futbolçu karyeranızı bizimlə bir daha xatırlayın...

1963-cü ildən etibarən 6 il müddətində “Dinamo”nun, sonra isə “Polad” və nəhayət “Neftçi”nin şərəfini qorumuşam. Karyeramın əsas hissəsi “Neftçi” ilə bağlıdır. Buradakı karyerama 1971-ci ildə ilk dəfə klubun əzəvedicilərinin heyətində meydana çıxmaqla başlamışam. Təəssüf ki, 1972-ci ildə “Neftçi” SSRİ Yüksək liqasını tərk etdi. 4 il ikinci dəstədə oynasaq da dahi məşqçi Gennadi Boqdarenko komandakı yenidən yeksək dəstəyə qaytara bildi. 1976-cı ildən 1983-cü ilə kimi SSRİ Yüksək liqasında oynadım. Qeyd edim ki arada – 1981-ci ildə Krasnodar “Kuban”ının şərəfini qorumuşam. Karyeramı isə o dövr üçün nisbətən erkən 31 yaşda bitirdim.

Bir məşqçi kimi futbolumuzun tarixinə nəzər salaraq hansı məşqçiləri dahi sayırsınız?

Azərbaycan futbolunda ən güclü məşqçilər Əhməd Ələsgərov və rəhmətlik Ruslan Abdullayev idi. Abdullayev 1986-cı ildə “Neftçi”nin baş məşqçisi idi. Lakin onu işləməyə qoymadılar. Komanda birinci dövrədən sonra 5-ci yerdə olsa da onu çıxartdılar. Ona sağlığında layiqincə hörmət qoymadılar. Əhməd Ələsgərov isə “Neftçi” və “Çernomorets”ə SSRİ çempionatının bürünc medallarını qazandırıb. Milli komandamızın və “Bakı”nın formalaşdırılmasında onun müstəsna xidmətləri var. Təəssüf ki, bu dahi insanı Azərbaycandan qaçaq salıblar.

Az müddətə olsa da “Bakı”nın sələfi “Dinamo” da məşqçi kimi işləmisiniz. Əgər sirr deyilsə 3 turdan sonra ani istefanız barədə qərar nə ilə bağlı idi?

Açığı bu barədə danışmaq istəməzdim. Rəhbərliklə aramızda fikir ayrılığı oldu, mən getmək qərarına gəldim. Buna baxmayaraq bu klub həmişə mənə doğma olub. Bu gün də Yaşar Seyidovla dostluq münasibətlərimiz davam edir. Azərbaycanda məşqçi fəaliyyətim ilk olaraq “Dinamo”da olub.

“Dinamo”nun baş məşqçisi kimi az da olsa fəaliyyətim oldu. 3 oyuna 7 xal toplamışdıq. Maraq üçün deyim ki, qapıçımız Nadir Şükürovla razılaşmışdıq ki, o hər oyunda qol buraxmasa mən ona 50 dollar verəcəyəm. Nadir isə mən baş məşqçi işlədiyim vaxt qol buraxmadı. IV turda “Neftçi” ilə oynamalıydıq. Bir həftə öncə isə onlar Gəncədə “Kəpəz”lə oynayırdılar. Getdim həmin oyunu izlədim. Klubun prezidenti Əyyam müəllim mənə necə oynayacağımı deyəndə bu mənim xoşuma gəlmədi. Dedi: onda udmalısan. “Neftçi”ni udduq. Lakin istefa verdim.

“Şəmkir”lə Azərbaycan çempionatının gümüş medallarına sahib oldunuz...

Bu komandanı 8-ci turdan sonra qəbul etdim. “Şəmkir”lə çempion da ola bilərdik. Məşqçi fəaliyyətinizin zirvəsi o zaman üçün hər bir yerli məşqçinin arzusu olan “Neftçi”də oldu...

2000-ci ilin yayında əfsanəvi məşqçi Əhməd Ələsgərov “Neftçi”dən istefa verdi. 2 ay “Neftçi”də baş məşqçi işləmişəm. Bu müddətdə 10 gün düzəməlli məşq keçə bilmədik. O vaxt AFFA prezidenti Fuad Musayevlə aramızda problemlər yaşanırdı. O mənim işləməyimə hər vasitə ilə mane olmağa çalışırdı.

Həmin vaxt milli komandanın əsasını “Neftçi”nın futbolçuları təşkil edirdi. Tez-tez təlim məşq toplanışları keçirməklə hazırlığımıza mane oldu. İyulun 10-da “Neftçi” Çempionlar Liqasının təsnifat oyununda “Hit Qoritsa” ilə oynayırdı. Biz uduzduq. Ayın 11-də isə futbolçularım yenidən millinin düşərgəsinə çağrıldı. Oyuna 2 gün qalmış uşaqları qaytardılar. Milli çempionatda “Turan”ı 5-0 udsaq da UEFA-nı oyununda işimin çətin olacağını bilirdim. “Hit Qoritsa” ilə oyunun 87-ci dəqiqəsinə kimi hesab 1-1 olsa da hesabı saxlaya bilmədik, uduzduq. Mən milli çempionatda uduzlmadan istefa verdim.

“Bakı” idman klubu ilə bağlı fikirlərinizi bilmək istərdik.

Azərbaycanda idmana olan dövlət səviyyəsində qayğı göz qabağındadır. Xüsusən də son zamanlar futbola olan diqqəti “Bakı”nın simasında görürük. Burada futbolçular üçün hər cür şərait yaradılıb. Xüsusən də uşaqlarımız üçün. Misal üçün qeyd edim ki, Almaniyada uşaq məşqçilərinin aylıq məvacibi peşəkar komandaların məşqçilərinkindən az deyil. Çünki, futbolun gələcəyi onlardan asılıdır. O təminatlıolmasa obyektiv ola bilməz.

“Bakı”nın heyətində əla futbolçular cəmləşib. Buna baxmayaraq klublarımızın peşəkarlaşmağa ehtiyacı var. İstənilən səviyyədə uğur qazanmaq üçün əsas şərt peşəkarlıqdır. İmkan verilmir ki, o öz bacarığını tətbiq etsin. Qurban Qurbanovdan savayı bu gün uğur qazanan yeri məşqçi yoxdur. Bu futbolumuz üçün təhlükədir. Yerli məşqçilər yetişdirilməlidir. Futbolumuzun inkişafına mane olan faktorlardan biri də, gülməli səslənsə də təbiətdir. Ana təbiət bizdən inciyib. Baxın, Yevlaxda, İmişlidə, Şəmkirdə, Naxçıvanda, Qazaxda, Bərdədə, Qusarda əla stadionlar olsa da böyük futbol yoxdu.


 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq00
2AZAL00
3İnter00
4Simurq00
5Bakı00
6Qəbələ00
7AZAL00
8Rəvan00
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

1

21.08.2020
18:00
Sumqayıt
Keşlə
-
-
20:00
Neftçi
Səbail
-
-
22.08.2020
20:00
Qarabağ
Sabah
-
-
23.08.2020
19:00
Qəbələ
FC Zire
-
-



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.