Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Digər
02.03.2012 / 1 şərh / 2955 -dəfə baxılıb

Zaur Ramazanov millini bombaladı (Müsahibə)

Azərbaycan milli komandasının və “Xəzər Lənkəran” klubunun sabiq futbolçusu Zaur Ramazanovun müsahibəsi

- Qış transfer dönəmində “Xəzər Lənkəran”a gətirdiyiniz Akif Tağıyevlə Qafar Əliyev hələ də əsas heyətdə dübüt etməyiblər. Bu, nə ilə bağlıdır?
- Biz həmin futbolçuları gələcək üçün transfer etmişik. Məqsəd onların bu gün meydançaya çıxması deyildi.

- Bu qədər gənc futbolçu arasından niyə məhz həmin iki nəfəri seçdiniz?
- Onların qabında nəsə var. Düşünürəm ki, gələcəkdə komandaya faydaları olacaq.

- Bildiyimizə görə, “Xəzər Lənkəran”ın əsas heyətinin oyunlarına tamaşa edirsiniz. Son olaraq, keçirilən “Qəbələ” – “Xəzər Lənkəran” matçı, oyundan sonra baş verən qalmaqallı hadisələrlə bağlı nə deyə bilərsiniz?
- Oyun çox sürətli və baxımlı məcrada keçdi. Amma sona yaxın bizimkilər bir qədər arxayınlaşdılar. Əslində, futbolçular qələbə barədə düşünürdülər. Amma hər şey əksinə cərəyan etdi. Ümumiyyətlə, çox maraqlı bir hadisə baş verdi. Bizim futbolçular ilk hissədə bir, ikinci hissədə isə başqa tərzdə oynadılar. Özümə də qaranlıq qaldı.

- Əslində bu söhbətin məğzi yığma ilə bağlı olacaq. Yəqin ki, millinin Dubay toplanışından xəbəriniz var. Keçirilən oyunlar, nəticələr barədə hansı fikirdəsiniz?
- Bilirsiniz, milli komandanın işinə tam qarışmaq istəmirəm. Çünki onların öz yolu var. Özləri bilirlər kimlə oynamaq lazımdır. Amma seçilən komandalar rəqib deyildilər. Yəqin ki, milli komanda dəvət olunan futbolçuları yoxlamaq üçün belə zəiflərlə oynayıb.

- Yəqin ki, toplanış zamanı şəkil qalmaqalından xəbəriniz oldu. Millinin sabiq üzvü kimi, legioner futbolçuların belə hərəkətinə necə baxırsınız?
- Mən açıq danışacam. Bunların heç biri bizə xeyir verən deyillər. Onların hamısını milli komandadan qovmaq lazımdır. Legioner 1 və ya 2 nəfər ola bilər. Onlar da gərək səviyyə baxımından yerli futbolçulardan üstün olsunlar. Aşağı səviyyəli legioneri milliyə dəvət etməyin heç bir mənası yoxdur. Qovsalar yaxşıdır.

- Hamımız düşünürük ki, Berti Foqts gəldikdən sonra milli komandada nizam-intizam yüksəlib. Sizcə, nizam intizam olan yerdə futbolçu gecə saat 3-də barda əylənə bilər?
- Nizam intizam deyəndə... Mən Berti Foqtsun vaxtında yığmada olmuşam. Komanda uduzanda, nəticə yaxşı olmayanda hər şeyi futbolçuların üstünə atırlar. Deyirlər ki, bunların intizamı yoxdur. Dərhal deyirlər ki, biri getmişdi paltar almağa, biri içməyə. Belə məqamları məşqçilər həmişə axtarırlar. Mən eşitdim ki, həmin legionerlər də içməyə gediblər. Artıq onlar harınlamış oyunçulardır, dərhal qovmaq lazımdır. Ay bu işə baxarıq, araşdırarıq demək məsul şəxslərin zəifliyini göstərir. Əgər ciddi nizam-intizam olsaydı, bunlar belə hərəkət etməzdilər. Yəqin ki, onlar özlərinə və məşqçiyə arxayın olublar ki, belə hərəkət ediblər. Kim deyirsə yığmada ciddi intizam var, boş söhbətdir.

- Yəni Berti Foqtsun yığmasında ciddi nizam-intizam yoxdur?
- Əlbəttə, yoxdur. Əgər olsaydı, heç belə bir şey də baş verməzdi. Dediyim kimi, yerli məşqçilərlə də işləmişəm, əcnəbilərlə də. Vallah əcnəbilərlə çalışmağa mənim heç həvəsim olmayıb. Həmişə yerlilərin rəhbərliyin altında yaxşı oynamışam. Qaldı ki, yəqin, nəsə bilib, Berti Foqtsa şans verirlər. Azərbaycanda yerli məşqçi uduzanda, futbolçu səhv edəndə yazırlar-pozurlar, nə bilim güllə atırlar, postundan uzaqlaşdırırlar. Sadəcə, indiki vəziyyətdə nə üçün susduqlarını mən başa düşə bilmirəm.

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

  • Mən adı azarkeşəm,ola bilər ki nəyi siə səhv fikirləşərəm,amma Zaur futbolun daxilində olan adamdı.Yaxşını pisi o bizdən daha yaxşı bilir.Əgər o da deyirsə millidə nizam-intizam yoxdur,deməli Foqts bizimlə oyun oynayır,milləti dolayıb.Rədd olmalıdı Foqts kimi axmaqlar

    Rovsan Rehimli (qatil) / 02.03.2012 17:45 /

  • Şərh qoymaq üçün siz qeydiyyatı keçməlisiniz,
    və yaxud daxil olmalısınız

Turnir cədvəli

KlubOH
1Simurq00
2AZAL00
3İnter00
4Simurq00
5Bakı00
6Qəbələ00
7AZAL00
8Rəvan00
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

1

21.08.2020
18:00
Sumqayıt
Keşlə
-
-
20:00
Neftçi
Səbail
-
-
22.08.2020
20:00
Qarabağ
Sabah
-
-
23.08.2020
19:00
Qəbələ
FC Zire
-
-



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.