Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Digər
19.03.2012 / 0 şərh / 4381 -dəfə baxılıb

"İlqar Qurbanov keçəl, Vaqif Cavadov da kosaya oxşayır"

Qarşıdan Novruz bayramı gəlir. Biz də bununla bağlı futbol adamları arasında sorğu keçirdik və olduqca maraqlı fikirlər səsləndi. Həmin sorğunun nəticəsini təqdim edirik:

Əmrah Çəlikəl ("Qarabağ"ın icraçı direktoru): Bayramı evdə ailəmlə birlikdə keçirəcəm. Ocaq qalayıb, tonqal üstündən tullanacam. Papaq atmayacam. Yaş o yaş deyil ki, kiminsə qapısını döyüm. Bizə papaq atırlar. Uşaqların papağını şirniyyatla doldururuq. Novruz bayramı ildə bir dəfə olur. Ona görə də uşaqların könlünü almaq daha xoşdu.

Vüqar Nadriov ("Qarabağ"ın hücumçusu): Bayram belədi ki, evdə şəkərbura, paxlava bişir, sən tonqal qalayırsan, papaq atırsan. Heç evdə olduq ki? Çərşənbə axşamlarını "sbor"da keçirdik. Bayram günü tonqalın üstündən tullanacam, papaq da atacam. İlqar Qurbanov keçəl, Vaqif Cavadov da kosaya oxşayır".

Bəhruz Şirəliyev ("Rəvan"ın vitse-prezidenti): Novruzu evdə qeyd edəcəm. Nə vaxtsa tonqal üstündən tullanmışam, papaq da atmışam. Bu, cavan vaxtlarımda olub. Bizim qapıya papaq atıblar. Heç vaxt uşaqları boş qaytarmamışıq.

Tural Axundov ("Rəvan"ın müdafiəçisi): Tonqaldan da tullanmışam, papaq da atmışam. Qapılara atdığım papağı da boş qaytarmayıblar. Mənim kosam Hüseyn İsgəndərovdu, keçəl isə Natiq Kərimi.

Vaqif Əliyev ("Simurq"un icraçı direktoru): Xalqımızı bayram münasibətilə təbrik edirəm. Allah hər bir evdən Novruz təravətini və ruzi-bərəkətini əskik etməsin. Təbii ki, bayramı ailəmlə birlikdə qeyd edəcəm. Bu yaşda papaq atmaq mənə yaraşmaz. Tonqal üstündən tullanmışam, o da uşaqlıqda.

Rasim Ramaldanov ("Simurq"un müdafiəçisi): Bu bayramı qeyd etmirəm. Çünki müsəlman aləmində Novruz bayramı ancaq baharın gəlişi ilə bağlıdı. Ocaq qalamaq, tonqaldan atdanmaq - əslində, dində belə bir şey yoxdu. O cümlə də papaq atmaq. Aleksandr Şemonayevi keçələ, İlkin Qırtımovu kosaya oxşadıram.

Zəka İbrahimov ("Bakı"nın katibi): Bayramı komandamla birlikdə keçirəcəm. Futbolçularla bir yerdə hamımız tonqaldan tullandıq. Nə arzu-diləyimiz vardısa, dedik. İnşallah, bu bahar "Bakı"ya uğurlu yol açar.

Cəmşid Məhərrəmov ("Bakı"nın müdafiəçisi): Tonqal üstündən tullandım, papaq atmadım. Təlim-məşq toplanışında olduğumuz üçün başımız qarışıq oldu. Mənim üçün kosa Rəhman Hacıyev, keçəl Nurlan Novruzovdu.

Səbuhi Səfiyarlı ("İnter"in direktor müavini): Məndən elə şey soruşursan ki… Məndən başqa "İnter"də bu bayramı keçirən var? Bayram ad günümlə bir günə düşür. Ona görə də Novruz mənim üçün ən xoş bayramlardan biridi. Çərşənbə axşamı uşaqlarla yığışıb ocaq qaladıq. Üstündən atlanıb, tanışların qapısına papaq atdıq. Adət-ənənələrə əməl etmək lazımdı. Bacardığım qədər buna çalışıram.

Nizami Hacıyev ("İnter"in yaırmmüdafiəsi): Nə papaq atmaq, nə tonqaldan tullanmaq e! Toplanışdayıq neçə vaxtdı. Əziz Quliyevi keçələ, Arif Daşdəmirovu kosaya bənzədirəm.

Eltay Aslanov ("Turan"ın vitse-prezidenti): Bayramı əvvəl komandayla, sonra isə evdə ailəmlə qeyd edəcəm. Çərşənbə axşamı günləri tonqal üstündən atdandım. Papağı bayram günü atacam.

Anar Nəzirov ("Turan"ın qapıçısı): Komandada o qədər problemlər var ki, heç bayram yada düşmür. Nə tonqaldan tullandım, nə də papaq atdım. Yaşar Abuzərovu kosaya, Vurğun Hüseynovu keçələ bənzədirəm.

Eldəniz Yusifov (AZAL-ın mətbuat xidmətinin rəhbəri): Ailəmlə birlikdə olacam. Bu günlərdə nə tonqalın başına yığışdım, nə də papaq atdım. Axır çərşənbəni qatarda keçirdim. Tovuza gedib-gələsi olduq.

Amil Ağacanov (AZAL-ın qapıçısı): Bütün günü bazada olduğumuz üçün nə tonqal üstündən hoppandım, nə də papaq atdım. Evdə olanda tonaqlın başına yığışırıq, papaq atırıq. Nderim Nedzipidən keçəl, Şəhriyar Rəhimovdan yaxşı kosa çıxar.

Nail Kərimov ("Qəbələ" Futbol Akademiyasının direktoru müavini): Evdə olacam. Çərşənbə axşamları tonqaldan tullanmadım. Hələ ki papaq da atmamışam.

Vurğun Hüseynov ("Qəbələ"nin müdafiəçisi): Çərşənbə axşamları bazada tonqal qaladıq. Hamı kimi, mən də ağırlığımı tonqal atdım. Papaq isə atmamışam. Bayramdə onu da edəcəm. Pavel Doroşev keçələ, Saşa Yunisoğlunu kosaya bənzədirəm.

Mikayıl Nərimanoğlu (AFFA-nın Mətbuat və İctimaiyyət Əlaqələr Departamentinin rəisi): Heç yerə getməyəcəm. Novruzu ailəmin içində keçirəcəm. Çərşənbələrdə tonqal üstündən tullanmışam. Qapımıza papaq atıblar. Xalqımızın adət-ənənələrini yüksək dəyərləndirirəm. Ona görə də qapımıza gələnləri boş qaytarmırıq.

Aslan Şahgəldiyev (Peşəkar Futbol Liqanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi): Ailəlikcə bir yerə yığışacağıq. Vaxt olmadı tonqal üstündən tullanmağa. Papaq atmaq mənlik deyil. Evə çox gec gedirəm. İşimiz o qədər çox olur ki, papaq atmağa, tonqal üstündən atdanmağa vaxt qalmır.

Gülağa Cabbarov (AFFA Hakim-İnspektorlar Komitəsinin sədri): Həmişə olduğu kimi, ailəmlə birlikdə. Tonqal üstündən tullandım. Lakin papaq atmayacam. Novruz ən çox sevdiyim bayramdı.

Namiq Məstanov (AFFA nümaynədəsi): Bayramı evdə ailəmlə birlikdə qarşılayacam. Heyf ki, tonqal üstündən tulanmadım. Eləcə də papaq atmadım. Şəxsi işlərimlə əlaqədar elmizin adət -ənənələrini istənilən formada yerinə yetirə bilmədim. Bütün bunlar da işlərimin çoxluğu ilə bağlı oldu.

Elçin Məmmədov (referi): Müqəddəs bayram günü adam harda olar? Evində-eşiyində. Papaq atanda atırlar, atmayanda atmırlar. Bu bayram günləri fikrim var papaq atım. Axır vaxtlar tonqaldan atdanmamışam. Papaq atanlarla da Allahın verdiyi ruzini bölüşürük.

 
Müəllif: Azerifootball.com     Mənbə: futbol11.az

Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq721
2AZAL711
3İnter711
4Simurq710
5Bakı78
6Qəbələ77
7AZAL75
8Rəvan75
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

7

05.10.2019
17:00
Sumqayıt
Keşlə
0
0
19:00
Neftçi
Səbail
2
1
06.10.2019
18:00
Qarabağ
Sabah
2
0
20:00
FC Zire
Qəbələ
1
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.