Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Mundiala biletlər
07.02.2012 / 0 şərh / 69 -dəfə baxılıb

"Azarkeşlərimiz "Qarabağ"ın qazanması üçün çalışan Muarem görəcəklər"

"Qarabağ" qış fasiləsi dönəmində 3-cü transferini rəsmiləşdirib. Vaqif Cavadov, Eltun Yaqublunun ardınca komandanın sıralarına daha bir futbolçu qoşulub. Ağdam klubu öz siyasətinə uyğun olaraq gənc və milli üzvünü sıralarına qatıb. Makedoniya millisinin pleymeykeri Muarem Muarem ölkəsinin "Rabotniçki" klubundan transfer edilib. 23 yaşlı futbolçuyla 3,5 illik müqavilə bağlanıb.

Türk əsilli Makedoniya vətəndaşı ölkəsinin bütün aşağı yaş qruplarının formasını geyindikdən sonra hazırda əsas millisinin heyətində müntəzəm olaraq meydana çıxır. Muarrem müqavilə imzaladıqdan sonra klubun rəsmi saytına danışıb:

"Qarabağ" kimi böyük camiəyə gəldiyimə görə çox məmnunam. Bu komandadan təklif gələndə düşünmədən razılıq verdim. Biliriəm ki, "Qarabağ" Azərbaycanın ən böyük komandasından biridir. Makedoniya futbolunun əfsanələrindən Artim Şakiri bu klubda oynayıb. Avrokuboklarda uğurlu çıxışından da xəbərim var. 2 il bundan öncə `Qarabağ` Avropa Liqasında "Metallurq"la qarşılaşanda ölkəmdəki oyunu stadionda izləmişdim. O zaman olduqca texnikalı, baxımlı futbol oynayan komanda olduğu bilinirdi. Mən də belə oyun üslubunu sevirəm.

"Qarabağ"da hədəfim ilk növbədə çempion olmaqdır. Bilirəm ki, uzun müddətdi çempion ola bilmirik. Deyirlər ki, ayağım yüngüldü (gülür.) "Orduspor" da uzun müddət Superliqaya həsrət qalmışdı. Bu sindroma son qoya bildik. "Qarabağ"ın futbolçularından Nedzipi və Pavloviçi öncədən tanıyırdım. Bilirəm ki, yeni komandamda çoxlu milli üzvü var. Göründüyü kimi yüksək səviyyəli komandamız var. İnşallah, "Qarabağ"ın uğur qazanması üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. Azarkeşlərimiz bilsin ki, meydanda "Qarabağ"ın qazanması üçün çalışan Muarem görəcəklər".
 


Müəllif: azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Neftçi3263
2Xəzər3259
3İnter3256
4Qarabağ3253
5Qəbələ3252
6Bakı3248
7AZAL3244
8Rəvan3241
9Simurq3234
10Kəpəz3232
11Turan3225
12Sumqayıt3224
Bütün cədvəl

Səsvermə



Кто достоин звания лучшего игрока сезона 2011/12?
Баходыр Насимов (Нефтчи)
Рахид Амиргулиев (Хазар)
Афран Исмайлов (Карабах)
Флавиньо (Нефтчи)
Додо (Габала)
Александр Шолич (Баку)
Гиорги Ломая (Интер)
Руслан Абышев (Нефтчи)
   

Müsahibə

04.05.2012 Rəşad Sadiqov: Mənim üçün ən yaxşı variant Neftçidi (Müsahibə) (0)
“Qarabağ”dan mənə rəsmi müqavilə təklifi gəlməyib. Bu səbəbdən özümə yeni klub axtarmağım normaldı...
04.05.2012 Ramin Musayevin oğlu: Maaşım mənə çatmır (Müsahibə) (0)
"Neftçi"də mənə imkan vermirdilər...

Ən cox şərh olunanlar


Oyun cədvəli

32

11.05.2012
17:00
Neftçi
Qəbələ
0
1
17:00
Xəzər
Qarabağ
4
1
17:00
İnter
Bakı
1
0
12.05.2012
17:00
AZAL
Turan
1
0
17:00
Kəpəz
Simurq
0
1
17:00
Rəvan
Sumqayıt
3
2






Açar sözlər