Mundiala biletlər
- 06.04.2012 / 0 şərh / 2084 -dəfə baxılıb
- “Bakı” “Neftçi” ilə səfər oyununun hazırlıqlarını klubun təlim-məşq bazasında davam etdirir. Novruz Əzimovun yetirmələrinin növbəti məşqi dünən təlim-məşq bazasının təbii örtüklü meydanında baş tutdu və bir saat davam edib.
Fiziki təmrinlərlə başlayan məşq toplu hərəkətərlə davam edib. Məşqdə zədə səbəbindən kənarda qalan Elvin Əliyev, 21 yaşlılardan ibarət milli komandanın düşərgəsində olan Novruz Məmmədov və Rəhman Hacıyev iştirak etməyib. İspaniyalı hücumçu Koke isə yüngül zədə səbəbindən fərdi məşq keçib.
Qeyd edək ki, Elvin Əliyev yeni cərrahiyə əməliyyatı keçirib və meydana dönəcəyi vaxt 15 gün sonra bilinəcək.