Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Mundiala biletlər
11.06.2012 / 0 şərh / 12531 -dəfə baxılıb

Qəbələdə yeni baş məşqçi (FOTO)

“Qəbələ”nin əvəzedici komandasına yeni baş məşqçi təyin olunub.

Yeni mövsümdə klubun 2-ci komandasına ispaniyalı mütəxəssis Luis Araqon rəhbərlik edəcək. 2007-ci ildən “Barselona” Futbol Məktəbinin texniki direktoru vəzifəsini yerinə yetirən Luis Araqon Kataloniya klubunda həm də seleksiyaçı-məşqçi postunda olub. Bundan əlavə, Araqon 2007-ci ildən İspaniyada və İtaliyada “Barselona” Yay Futbol Məktəblərinin təşkili işinə də rəhbərlik edib.

Pro kateqoriyalı mütəxəssis 2004-2009-cu illərdə “Barselona” əsas komandasında baş məşqçilər – Frank Raykaard və Pep Quardiolanın, qapıçı məşqçiləri Rikart Seqerra və Karles Busketsin təcrübələrindən yararlanıb. Araqon bundan əlavə “Atletik Bilbao”, “Numansiya”, “Real Sosyedad”, “Real Saraqosa”, “Osasuna”, “Atletiko Madrid”, “Valensiya”, “Almeriya” (hamısı İspaniya) və “Mançester Siti” (İngiltərə) kimi klublarda təcrübə keçib.

Məhz “Barselona”da futbol təcrübəsi görmüş və fəaliyyət göstərmiş mütəxəssisin əvəzedici heyətə baş məşqçi təyin olunmasında məqsəd “Qəbələ” Futbol Akademiyasında “Barselona” sisteminə uyğun yetişən futbolçuların əvəzedici heyətdə sistemə uyğunlaşma prosesinin tamamlanması və əsas komandanın hazır futbolçularla təmin edilməsidir. Xatırladaq ki, Akademiyada “Barselona” sisteminin tətbiq olunması məqsədilə Kataloniya klubunun təmsilçisi, Pro kateqoriyalı mütəxəssis Xosep Moratalyanın başçılıq etdiyi məşqçi heyəti Qəbələdə olmuş, Akademiya məşqçilərinə nəzəri və praktiki məşğələlər keçmişdi. Bundan əlavə “Qəbələ” Futbol Akademiyasının məşqçiləri Barselonaya səfər etmiş və klubun təcrübələrindən yararlanmışdılar.
Müəllif: Azerifootball.com     Mənbə: Klubun saytı

Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.