Mundiala biletlər
- 23.06.2012 / 0 şərh / 28650 -dəfə baxılıb
`Qarabağ` 2012/13 mövsümündə ilk transferini reallaşdırıb.
Ötən mövsüm sərgilədiyi oyunla ölkənin iddialı klublarının maraq dairəsinə olan Elnur Abdulov `Qarabağ`ın yeni mövsüm üçün rənglərinə bağladığı ilk futbolçudu. 1992-ci il təvəllüdlü futbolçuyla 2 illik müqavilə imzalanıb.
Elnur verdiyi açıqlmada `Qarabağ`lı olmaqdan danışıb:`Düzdü, çoxları məni başqa iddialı klublara keçəcəyimi gözləyirdi. Amma mən `Qarabağ`ı daha üstün tutdum. Qurban Qurbanovla görüşümüz oldu. Mənə inandığını bildirdi. Bu il Avrokubklarda oynamayacağıq. Amma inanıram ki, gələn mövsüm bunu artıqlamasıyla bacarmalıyıq. `Qarabağ` yerli futbolçulara daha çox inanır. Bu da mənim çün bir şansdı. İnanıram ki, yeni komandamın uğurlarında pay sahibi olacam.`