Mundiala biletlər
- 23.06.2012 / 0 şərh / 27314 -dəfə baxılıb
"Simurq" Peşəkar Futbol Klubu daha bir futbolçu ilə birillik razılığa gəlib.
Komanda ötən mövsüm qış "transfer pəncərəsi"ndə "İnter"dən icarə əsasında heyətinə qatdığı təcrübəli qapıçı Dmitri Kramarenko ilə rəsmi müqavilə imzalayıb. 2011-2012-ci il mövsümündə 14 qarşılaşmada "Simurq"un şərəfini qoruyan Dima növbəti futbol ilində də komandamızın formasını geyinəcək.
Qeyd edək ki, Zaqatala təmsilçisi artıq sabah səhər saatlarında Türkiyəyə təlim-məşq toplanışına yollanır. Komandamız iyulun 6-na qədər Kartəpədə hazırlıq prosesi keçəcək.