Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Mühasibələr
11.06.2012 / 0 şərh / 10171 -dəfə baxılıb

Qərib İbrahimov söz verdi (Müsahibə)

Zaqatala komandası ilə müqaviləsinin müddətini mövsümün sonuna qədər artıran yarımmüdafiəçi Qərib İbrahimov klubun rəsmi saytına müsahibə verib. Yeni mövsüm haqqında danışan gənc futbolçu “Simurq”un uğurları üçün bu il daha çox çalışacağını qeyd edib.


- Qərib, komandanla müqavilənin müddətini artırdın. Bu haqda nə deyə bilərsən?

- Mənim üçün də iki il formasını geyindiyim komandanın heyətində yenidən qalmaq xoş oldu. Bir neçə klublardan təkliflər var idi. Ancaq mən burda qalmağa üstünlük verdim. Bu ilki mövsümdə inanıram ki, “Simurq” üçün daha əhəmiyyətli işlər görəcəm. Baş məşqçi Georgi Çıxradzeyədə təşəkkür edirəm ki, məni yeni formalaşdıracağı heyətdə görmək istədi.


- Ötən mövsümü həm özün, həm də “Simurq” üçün necə dəyərləndirərdin?

- Mövsümə həm mən, həm də komanda yaxşı başladıq. İkinci dövrədə təlim-məşq toplanışından sonra bir anlıq geriləmə başladı və nəticədə arxa-arxaya vacib xallar itirdik. İlk “altılığ”a düşmə şanslarımızı da əldən verdik. Özüm isə birinci dövrənin sonlarına yaxın baş məşqçi ilə problemlər yaşadım və bu səbəbdən iki oyunda meydana buraxılmadım. Lakin sonrada yenidən əsas heyətdəki yerimi tutdum və “Simurq”un uğurları üçün mübarizə apardım. İnanıram ki, növbəti mövsümdə komanda üçün əsas futbolçulardan olacam və daha yaxşı şəkildə özümü göstərə biləcəm. Çalışacam ki, baş məşqçimizin ehtimadın doğrulda bilim.


- Baş məşqçi Georgi Çıxradze ilə işləmək çətin deyil ki?

- Xeyr, əksinə çox asandır. İşinin əsil peşəkarıdır. Futbolçuları çox yaxşı anlayır və hər birimizlə əla münasibətlər yaradıb. Onun oynatdığı futbol mənim oyun üsuluma çox yaxındır. İnanıram ki, ötən mövsüm verdiyi hər bir tapşırığı bacardığım qədər yerinə yetirə bilmişəm.


- “Simurq” heyətində ciddi dəyişikliklər edir. Səncə bu ilki heyət ötən mövsümdən nə ilə fərqlənə biləcək?

- Klub rəhbərliyi növbəti mövsüm üçün daha mübariz və iddialı bir kollektiv yaratmaq niyyətindədir. Artıq komandaya Kristian Torres kimi səviyyəli legionerin transfer edilməsi də bundan xəbər verir. Ötən mövsümdə yaxşı komandamız var idi. Lakin uğura çatmaq üçün çatışmamazlıqlar özünü sona yaxın göstərdi. Məncə, bu səbəbdən də rəhbərlik ötən ilkinin baş verməsini istəmir və islahatlara əl atıb. Komandadan ayrılan hər bir yoldaşıma da uğurlar arzulayıram. İnşallah arzuladıqları komandanın formasını geyinərlər.


- Ötən mövsüm komandanın heyətində ən çox oyuna çıxan futbolçu olsanda fərqlənməmisən. Bu il azərkeşlər səndən qol gözləyə bilərlər?

- Bunun üçün üzərimdə məşqlərdə çox işləyirdim. Hər bir oyunda da fərqlənmək üçün can atırdım. Lakin bu futboldur. Çox zaman da bəxt amili məndən tərəfə olmurdu. İnanıram ki, növbəti mövsüm vuracağım qollarla “Simurq”u zəfərə doğru apara biləcəm. Zaqatala azərkeşlərinin mənə olan ümidlərini doğruldacam və onlara çoxlu qol sevinci bəxş edə biləcəm.


- Fasiləni necə dəyərləndirirsən? İstirahət edə bilirsən?

- İstirahət etməyə o qədər də zamanım olmadı. Son turdan sonra bir həftə Tovuzda istirahət etdim. Ondan sonra Bakıya qayıtmışam. Hazırda fasilədən istifadə edib fiziki hazırlıq baxımından üzərimdə işləyirəm ki, qarşıdakı təlim-məşq toplanışında çətinlik çəkməyim.
Müəllif: Azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq412
2AZAL510
3İnter47
4Simurq46
5Bakı56
6Qəbələ44
7AZAL54
8Rəvan52
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

5

21.09.2019
17:00
Sumqayıt
Sabah
1
0
19:00
Səbail
Qəbələ
1
1
22.09.2019
18:00
Neftçi
Keşlə
-
-
23.09.2019
19:00
FC Zire
Qarabağ
-
-



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.