Çempionat
- 16.02.2012 / 0 şərh / 1833 -dəfə baxılıb
- Unibank Premyer Liqasının XX turunda “Kəpəz”in qonağı olan “İnter” oyunun son dəqiqələrində Nizami Hacıyevin vurduğu qolla qələbəni bayram etdi – 1:0. Çətin qarşılaşmadan sonra komandaların baş məşqçiləri fikirlərini bölüşdürüblər.
Kaxaber Tsxadadze (“İnter” klubunun baş məşqçisi): “Bütün futbol ictimaiyyətini ikinci dövrənin başlaması münasibəti ilə təbrik edirəm. Oyunumuz Gəncədə baş tutmalı idi. Lakin, stadionun ot örtüyünün pis vəziyyətdə olması buna imkan vermədi. PFL və “Kəpəz” klubunun rəhbərliyinə bu oyunun Yevlaxda baş tutmasına şərait yaratdıqları üçün təşəkkürümü bildirərəm. Gərgin oyun oldu, ilk hissədə səhvlərə yol verirdik. Lakin ikinci hissədə oyunumuzu tapdıq və qələbə qolunu vura bildik. “Kəpəz”ə gələcək oyunlarda uğurlar arzulayıram”.
Fuad İsmayılov (“Kəpəz” klubunun baş məşqçisi): “Bundan əvvəlki tur hava şəraiti ilə əlaqədar olaraq təxirə salındı. Bu da müəyyən qədər təsirini göstərdi. “İnter” həm evdə, həm də səfərdə inamlı oynayır. Komandamız yaxşı oyun göstərdi. Lakin unutmamalıyıq ki, oyun yalnız 90 dəqiq oynanılmır. “İnter”ə növbəti oynlarda uğurlar arzulayıram”.