Çempionat
- 08.02.2012 / 0 şərh / 108 -dəfə baxılıb
Futbol üzrə Unibank Premyer Liqasında XIX turun bütün oyunları təxirə salınıb. Bu haqda Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.
Onun sözlərinə görə, səbəb əlverişsiz hava şəraitidir: “Biz qarşıdakı turda 6 qarşılaşmanın keçiriləcəyi bütün stadionların rəhbərliyi ilə əlaqə saxladıq. Onlar bildirdilər ki, güclü qar yağıb və belə şəraitdə oyunların keçirilməsi mümkün deyil. Ona görə də bütün oyunları təxirə saldıq”.
Qeyd edək ki, XIX tura fevralın 10-da 2 görüşlə start verilməli, daha 4 matç isə ertəsi gün keçirilməli idi. İlk oyun günündə AZAL (Bakı) – “Sumqayıt” və “Qarabağ” (Ağdam) – “Simurq” (Zaqatala), ertəsi gün isə “Turan” (Tovuz) – “Xəzər Lənkəran”, “Kəpəz” (Gəncə) – “Qəbələ”, “İnter” (Bakı) – “Rəvan” (Bakı) və “Bakı” – “Neftçi” (Bakı) matçları nəzərdə tutulmuşdu.
Qarabağ nağılı bitir? (Yazı)
Neftçidən FLAŞ transfer!
Mahir Şükürov Xəzər Lənkərana keçir
Zəifin gücü, zəfərin sirri... (Yazı)











“Qarabağ”dan mənə rəsmi müqavilə təklifi gəlməyib. Bu səbəbdən özümə yeni klub axtarmağım normaldı...
"Neftçi"də mənə imkan vermirdilər...