Çempionat
- 16.02.2012 / 0 şərh / 1856 -dəfə baxılıb
- Unibank Premyer Liqasının XX turunda Zaqatalada yerli “Simurq”un qonağı olan “Qəbələ” rəqibini 1:0 hesabı ilə məğlub edərək növbəti 3 xalı aktivinə yazdı. Oyundan sonra hər iki komandanın baş məşqçiləri fikirlərini bölüşüblər.
Fatih Kavlak (“Qəbələ” klubunun baş məşqçisi): “Dünən Premyer Liqada ikinci hissəyə start verildi. İlk oyunumuza çıxdıq, süni meydanda oynamaq çətin idi. 1:0 hesabı ilə qalib gəldik, futbolçularımı qələbə ilə təbrik edirəm”.
İqor Yuşenko (“Simurq” klubunun məşqçisi): “Yaxşı, maraqlı oyun oldu, komandalar bərabər oyun göstərdi. Rəqiblə sonadək mübarizə apardıq. Buraxılan bir səhv qapımıza qolla nəticələndi”.