Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Çempionat
20.02.2012 / 0 şərh / 1804 -dəfə baxılıb

Premyer liqada 16 klub olacaq, imkansız klublara pul paylanacaq (Eksklüziv)

Premyer liqanın autsayderləri rahat nəfəs ala bilərlər. Cari mövsümün yekunlarına əsasən heç bir klub I diviziona düşməyəcək. Azerifootball.com-a AFFA və PFL-in gələn mövsümkü planları bəlli olub.

Beləliklə, 2012/13-ci il mövsümündə çempionatda 16 klub iştirak edəcək. Təbii olaraq, yarışların keçirilməsi mexanizmi də dəyişdiriləcək. PFL ənənəci dairəvi sistemə dönəcək. Yəni hər bir klub digərlərinə qarşı 2 oyun keçirəcək. İndiki sistemin müəyyən üstünlükləriylə yanaşı, çox böyük çatışmazlığı da var - ikinci “altılığ”ın oyunları heç kimə maraqlı deyil. Bundan başqa, razılışdırılmış oyun riski də var, bir halda ki, qələbə tərəflərə lazım deyil.

Əlqərəz, “altılıq” sistemli son çempionatı yaşayırıq. İkinci “altılıq”dakı komandaların oyunlarında heç bir idman marağı olmayacaq. Bütün iştirakçılar elitada qalacaq. Bu xəbər ən çox I divizion təhlükəsi yaşayan “Simurq”, “Kəpəz”, “Sumqayıt” və “Turan”ı sevindirəcək.

Bəs AFFA və PFL rəhbərliyini belə addm atmağa vadar edən nədir? Turnir cədvəlinə baxsaq hər şey aydın olur. Bilavasitə AFFA-nın təşəbbüsü ilə yaradılan “Sumqayıt” aşağıya düşməyəcək ki? PFL-in yardımıyla ayaqda duran “Turan”ın da elitadan getməsinə icazə verməzlər. “Kəpəz” və “Simurq”un da premyer liqada olmaması iri regionların futbolsuz qalması deməkdir. AFFA-da buna imkan verməzlər. Başqa bir vacib səbəb də var. 2012 prezident İlham Əliyev tərəfindən idman ili elan olunub. Futbol məmurları premyer liqada iştirakçıların sayını artırmaqla ölkə rəhbərinə regionlarda futbolun “inkişafını” göstərmiş olacaqlar.

Elitada iştirakçıların sayı 14 yox, 16 olacaq. Premyer liqaya vəsiqə qazanacaq 2 komanda demək olar ki, məlumdur. “Qaradağ-Lökbatan”la “Karvan” digərləriylə müqayisədə inamlı görünürlər və turnir cədvəlində ilk iki yeri tutacaqları gözlənilir. Digər iki yerə namizəd isə “Bakılı”, “Neftçala” və “Şahdağ”dır. “Bakılı”nın yüksək dəstə təcrübəsi kifayət qədərdir, amma iddiası yoxdur. “Neftçala” isə başqa məsələ. Bu klubun güclü maliyyə dayaqları və ambisiyalı rəhbərliyi var. Ötən ilin sonlarından klubu çalışdıran perspektivli Bəhram Şahquliyevin gəlişindən az sonra komandada müsbətə doğru dəyişikliklər sezilir. Klubun sponsorları premyer liqaya yüksələcəkləri halda maliyyəni artırmağa söz veriblər ki, bu da sevindirici məqamdır. “Şahdağ”ın isə əksinə, pulla bağlı problemi var. Klub liderlərini tez-tez itirir, ancaq baş məşqçi Kamran Əlibabayev hər il şimal regionunda perspektivli futbolçuları üzə çıxardır. Qusar klubu milli çempionatımıza rəngarənglik gətirə bilər.

Və son olaraq, bir daha maliyyə barədə. Gələn il klublarımızın pulla bağlı ciddi sıxıntısı olmayacaq. Futbol məmurlarımız bu il “Turan”la bağlı yaşanan tragikomedik olayların bir daha təkrarlanmaması üçün tədbir görüblər. Kasıb klubların hər birinə müəyyən köməklik edələcək. İlkin məlumatlara görə, bu məbləğ 2 milyon manatdır. Bu vəsaitlə güclü maliyyə dayağı olmayan hər bir klub mövsümü normal tamamlaya bilər.
 
Müəllif: Azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq721
2AZAL711
3İnter711
4Simurq710
5Bakı78
6Qəbələ77
7AZAL75
8Rəvan75
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

7

05.10.2019
17:00
Sumqayıt
Keşlə
0
0
19:00
Neftçi
Səbail
2
1
06.10.2019
18:00
Qarabağ
Sabah
2
0
20:00
FC Zire
Qəbələ
1
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.