Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Çempionat
20.02.2012 / 0 şərh / 1725 -dəfə baxılıb

Premyer liqamız Avropada axırdan 5-incidir

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) XXI əsrdə Avropanın ən güclü ölkə çempionatlarının siyahısını açıqlayıb. Siyahı 2001 - 2011-ci illəri əhatə edən dövr üçün tərtib olunub.

Azərbaycan Premyer Liqası 48 ölkənin yer aldığı siyahıda 2038,5 xalla 44-cü yeri tutub. Çempionatımız Qazaxıstan (1780), Uels (1762), Malta (1368,5) və Lüksemburq (1365,5) birinciliklərini qabaqlayır. Keçmiş SSRİ respublikalarından Rusiya (6327,5) 12-ci, Ukrayna (6322) 13-cü, Estoniya (3313) 30-cu, Gürcüstan (3157) 32-ci, Litva (3044,5) 33-cü, Latviya (2891) 34-cü, Moldova (2882) 35-ci, Belarus (2861,5) 36-cı, Ermənistan (2319,5) 41-cidir.

Siyahıya 12619 xalla İngiltərə Premyer Liqası başçılıq edir. İspaniya La Liqası 12314 xalla 2-ci, İtaliya A Seriyası 11513 xalla 3-cü, Almaniya Bundesliqası 10115 xalla 4-cü, Fransa Liqası 9645,5 xalla 5-cidir. Türkiyə Superliqası isə 6774,5 xalla 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahı UEFA-ya üzv olan 53 ölkənin çempionatlarında ilk 5 yeri tutan komandaların ölkədaxili və beynəlxalq rəsmi oyunlardakı nəticələrinə əsasən tərtib olunub. Siyahıya düşməyən 5 ölkədən Çernoqoriyada XXI əsrin ilk illərində çempionat keçirilməyib. Lixtenşteynin cəmi 1 komandası beynəlxalq arenalara çıxır. Farer adaları, San-Marino və Andorra çempionatları isə zəif olduqları üçün siyahıya daxil edilməyib.
Müəllif: Azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1431
2AZAL1423
3İnter1322
4Simurq1317
5Bakı1314
6Qəbələ1313
7AZAL1312
8Rəvan1312
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

06.12.2019
19:00
Qarabağ
Keşlə
2
2
08.12.2019
15:00
FC Zire
Səbail
-
-
15:00
Sumqayıt
Qəbələ
-
-
17:00
Sabah
Neftçi
-
-



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.