Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Çempionat
07.03.2012 / 0 şərh / 1592 -dəfə baxılıb

Təxirə salınmış tur: 6 oyuna 22 qol

Martın 7-də futbol üzrə Unibank Premyer Liqasında təxirə salınmış XIX turun oyunları keçirilib. Təsnifat mərhələsinin son görüşləri kifayət qədər məhsuldar alınıb. 6 qarşılaşmanın heç biri qolsuz başa çatmayıb. Qapılara üst-üstə 22 top vurulub. Təkcə AZAL – “Sumqayıt” matçında 9 qol qeydə alınıb. Bakının Şüvəlan qəsəbəsindəki “AZAL Arena”da baş tutan qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb. AZAL-ın 6 qolundan 4-ü Tales Şützlə Zuheyr Benuahi arasında bərabər bölüşdürülüb.

Turun sensasiyası Gəncədə qeydə alınıb. “Kəpəz” artıq ilk “6-lıq”dakı yerini təmin etmiş “Qəbələ”ni məğlub edib. Bu qarşılaşmada isə qapılara 5 qol vurulub. Hesabı qonaqlar açsa da, azlıqda qalmalarından meydan sahibləri layiqincə yararlanıblar.

Paytaxt derbisində “Neftçi” “Bakı”dan üstün olub. Flaqman hələ ilk yarıda 3 qol vuraraq görüşün taleyini həll edib. “Bakı” isə ikinci hissənin sonlarında bu qollardan 1-nin əvəzini çıxıb.

“Qarabağ” ardıcıl 4-cü qələbəsini qazanıb. Baş məşqçi Qurban Qurbanovun komandası bu dəfə Zaqatala “Simurq”unun qapısından 2 cavabsız top keçirib.

“İnter”lə “Xəzər Lənkəran” isə minimal hesablı qələbələrə sevinib.

7 mart (çərşənbə)

AZAL (Bakı) – “Sumqayıt” – 6:3
Qollar: Tales Şütz, 31; 70. Zohair Benuahi, 34:53. Bronislav Arsenyeviç, 55. Tərlan Xəlilov, 72 – Orxan Əliyev, 54. Uğur Pamuk, 76. Emin Mustafayev, 77-penalti ilə

“Qarabağ” (Ağdam) – “Simurq” (Zaqatala) – 2:0
Qollar
: Rəşad Sadıqov, 23. Vüqar Nadirov, 51

“Turan” (Tovuz) – “Xəzər Lənkəran” – 0:1
Qol
: Ayxan Abbasov, 2 – öz qapısına

“İnter” (Bakı) – “Rəvan” (Bakı) – 1:0
Qol
: İbrahima Niasse, 43

“Kəpəz” (Gəncə) – “Qəbələ” – 3:2
Qollar:
Sabir Allahquliyev, 71. Yuri Fomenko, 77. Junivan Suares, 87 – Lyuba Baranin, 37. Yannik Kamanan, 85
Qırmızı vərəqə: Deon Barton, 37 (“Qəbələ”)

“Bakı” – “Neftçi” (Bakı) – 1:3
Qollar: Nurlan Novruzov, 87 – Ruslan Abışov, 7. Rəşad Abdullayev, 35. Ruslan Əmircanov, 40
 
Müəllif: Azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1127
2AZAL1119
3İnter1118
4Simurq1114
5Bakı1111
6Qəbələ1111
7AZAL1110
8Rəvan119
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

11

09.11.2019
15:00
Qəbələ
Səbail
3
0
17:00
Keşlə
Neftçi
2
1
10.11.2019
16:00
Sabah
Sumqayıt
1
3
19:00
Qarabağ
FC Zire
1
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.