Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Çempionat
09.03.2012 / 0 şərh / 2386 -dəfə baxılıb

Azərbaycan futbolu yenə Rövnəq Abdullayevə tapşırıldı

Bu gün saat 10:00-da AFFA-nın inzibati binasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının növbəti hesabat-seçki konfransı keçirilib.

Konfransda əvvəlcə AFFA rəhbərliyinin hesabatı dinləniləcək, sonra isə AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçilib.

AFFA prezidentliyinə yeganə namizəd olan Rövnəq Abdullayev çıxışına 2008-ci ildə görülən işlərlə başlayıb. Abdullayev son dövrdə futbola kütləvi axından danışıb. Onun sözlərinə görə, əgər 2008-ci ildə ölkə üzrə qeydiyyatdan keçən futbolçuların sayı 1500 idisə, hazırda 20 min nəfərdir.

Tədbirdə çıxış edən Elxan Məmmədov konfrans iştirakçılarına UEFA-nın təbrik məktubunu çatdırıb. Məktubda Azəbaycanda futbolla bağlı görülən böyük işlərdən danışılıb. E.Məmmədov konfransda 35 nəfərin səsvermə hüququna malik olduğunu və bunlardan 34-ünün tədbirdə iştirak etdiyini bildirib.

Lakin tədbirin başlamasında müəyyən gecikmə müşahidə olunur. Konfransın nəzərdə tutulduğu vaxtda (10:00) deyil, saat 10:50-də başlayıb.

Nəhayət Rövnəq Abdullayev ikinci dəfə AFFA-ın prezidenti seçilib. R.Abdullayev qarşıdakı 4 illdə də quruma rəhbərlik edəcək.

AFFA-nın İcraiyyə Komitəsinə seçkilər də keçirilib. Namizədliyi verilən 10 nəfər - Rauf Əliyev, Elşad Nəsirov, Ələkbər Məmmədov, Kazbek Tuayev, İsgəndər Cavadov, Mirkamil Rəhimov, Hafiz Məmmədov, Cahangir Əsgərov, Mahir Məmmədov və Elmar Qasımov yenidən quruma üzv seçilib.


 
Müəllif: Azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1127
2AZAL1119
3İnter1118
4Simurq1114
5Bakı1111
6Qəbələ1111
7AZAL1110
8Rəvan119
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

11

09.11.2019
15:00
Qəbələ
Səbail
3
0
17:00
Keşlə
Neftçi
2
1
10.11.2019
16:00
Sabah
Sumqayıt
1
3
19:00
Qarabağ
FC Zire
1
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.