Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Çempionat
12.03.2012 / 0 şərh / 1620 -dəfə baxılıb

"Neftçi" Qəbələdə darmadağın oldu, "İnter" paytaxt derbisini qazandı

Futbol üzrə Unibank Premyer Liqasında final mərhələsinə start verilib. XXIII turun qarşılaşmalarından 3-də minimal hesablı qələbə, 2-də darmadağın, 1-də isə heç-heçə qeydə alınıb.

“Neftçi” Qəbələ səfərində eyniadlı komandaya acınacaqlı məğlubiyyətə düçar olub. Flaqmanın yeganə qolunu bombardir Bahodir Nasimov vurub. “Qəbələ”dən isə Dodo və yeni transfer Yannik Kamanan “dubl” edib. İlk “6-lığ”ın digər görüşləri “Qarabağ” və “İnter”in minimal hesablı qalibiyyəti ilə yekunlaşıb. Aleksandr Starkovu baş məşqçi postundan istefaya göndərən “Bakı” köməkçi-məşqçi Novruz Əzimovun rəhbərliyi altında qəbul etdiyi “İnter”ə yenilib. Baş məşqçi Kaxaber Tsxadadzenin komandası mövsüm ərzində 9-cu dəfə 1:0 hesablı qələbəyə sevinib. “İnter” həm də cari mövsümdə “Bakı”ya ilk dəfə qalib gəlib.

Ağdam təmsilçisi isə “Xəzər Lənkəran”ı yenərək, Premyer Liqada ardıcıl 5-ci qələbəsinə imza atıb. Bununla da baş məşqçi Qurban Qurbanovun komandası məğlubiyyətsiz oyunlar seriyasını 9-a çatdırıb. Digər tərəfdən, “Qarabağ” “Xəzər Lənkəran”la xallarını bərabərləşdirib və daha üstün top fərqi sayəsində 3-cü pilləyə yüksəlib.

İkinci “6-lığ”ın oyunlarına gəldikdə, “Turan” AZAL-ı darmadağın etsə də, autsayderlikdən qurtula bilməyib. Tovuzdakı qarşılaşmaya qonaqlar legionerlərsiz çıxıblar. Kapitan və əslən tovuzlu Aqil Nəbiyev isə ehtiyatda saxlanılıb. 3 qoldan 2-sini isə AZAL-ın oyunçuları öz qapılarına vurublar. Baş məşqçi Rafiq Mirzəyev martın 14-də “Bakı”ya qarşı keçirəcəkləri Azərbaycan Kubokunun ilk ¼ final matçını düşünərək, bu addımı atıb.

“Sumqayıt” isə Bakıdakı “Şəfa” stadionunda qəbul etdiyi “Rəvan”a minimal hesabla uduzub. Bu görüşdə isə tərəflər hərəyə bir penaltidən yararlana bilməyiblər. Lakin “Sumqayıt”lı Emin Mustafayevdən fərqli olaraq, paytaxt komandasının futbolçusu Miloş Zeçeviç sonuncu dəqiqədə günahını yuya bilib.

Nəhayət, bir neçə gün öncə baş məşqçi postundan istefa vermiş Sergey Yuranın yerinə Georgi Çixradzeni gətirən “Simurq” Zaqatalada “Kəpəz”in müqavimətini qıra bilməyib. Bu matçda tərəflər hərəyə bir qol vurduqları kimi, hərəyə bir qırmızı vərəqə də alıblar.

“Qəbələ” – “Neftçi” (Bakı) – 4:1
Qollar
: Dodo, 18; 27. Yannik Kamanan, 78; 83 - Bahodır Nasimov, 66

“Qarabağ” (Ağdam) – “Xəzər Lənkəran” – 1:0
Qol
: Georgi Adamiya, 69

“Bakı” – “İnter” (Bakı) – 0:1
Qol
: İbrahima Niasse, 34
Qırmızı vərəqə: Asif Məmmədov, 63 (“İnter”)

“Turan” (Tovuz) – AZAL (Bakı) – 3:0
Qollar
: Muammer Erdoğdu, 10. Emin Ağaməmmədli, 16-öz qapısına. Aydın İslamov, 48-öz qapısına

“Sumqayıt” – “Rəvan” (Bakı) – 0:1
Qol: Miloş Zeçeviç, 90
İstifadə olunmamış penalti: Emin Mustafayev, 66 - Miloş Zeçeviç, 37

“Simurq” (Zaqatala) – “Kəpəz” (Gəncə) – 1:1
Qollar: Vidas Alunderis, 18 - Nikolay Svejentsev, 45+2
Qırmızı vərəqələr: Vasili Yanotovskiy, 61 - Ceyhun Sultanov, 61 (bilərəkdən rəqibi ayaqla vurduğuna görə)
 
Müəllif: Azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1127
2AZAL1119
3İnter1118
4Simurq1114
5Bakı1111
6Qəbələ1111
7AZAL1110
8Rəvan119
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

11

09.11.2019
15:00
Qəbələ
Səbail
3
0
17:00
Keşlə
Neftçi
2
1
10.11.2019
16:00
Sabah
Sumqayıt
1
3
19:00
Qarabağ
FC Zire
1
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.