Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Çempionat
12.03.2012 / 0 şərh / 2549 -dəfə baxılıb

"Polis dəyənəkləri işə saldı ki..."

“Neftçi”nin “UltraNeftçi”, “Flaqman” və “Forza Neftçi” fanklubları birgə bəyanatla çıxış eidb. Həmin bəyanatı olduğu kimi təqdim edirik.

“Premyer Liqanın XXIII turu çərçivəsində keçirilmiş “Qəbələ” – “Neftçi” oyununda arzuolunmaz olaylarla qarşılaşdıq. Fanklub üzvlərimizə rəqib komandanın azarkeşləri ilə yanaşı yerlər ayrılmışdı. Bu təhlükəsizlik qaydalarına zidd olsa da, rəqib futbolsevərlərlə bizim aramızda heç bir problem yaşanmadı.

Təəssüf ki, ikinci hissənin ortalarında polis bizə məlum olmayan səbəbdən azarkeşlərimizə qarşı zorakı davranmağa başladı. Halbuki tərəfimizdən hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı heç bir xoşagəlməz hərəkət edilməmişdi. Əvəzində polis dəyənəkləri işə saldı ki, nəticədə bir qrup azarkeşimizə xəsarət yetirildi.

Qeyd etmək istəyirik ki, hər oyunda komandamızın yanında olub onu dəstəkləyirik, amma indiyə kimi polis əməkdaşları tərəfindən belə münasibətə rast gəlməmişik. Belə münasibət fanklub üzvlərini, stadiona gələn və yaxud gəlmək istəyən azarkeşləri də müəyyən mənada qorxudu.

Qarşıda flaqmanı “Kəpəz” klubu ilə ölkə kuboku uğrunda səfər oyunu gözləyir, amma “Qəbələ” ilə oyunda xəsarət almış bir qrup azarkeşimiz Gəncədəki qarşılaşmada komandamıza dəstək ola bilməyəcək.

Biz sevimli komandamızı həm çətin, həm də sevincli günlərində dəstəkləyirik. Biz fanklub olaraq bir nöqtəyə vurur, bir ürəklə döyünürük. Biz “Neftçi”nin çempion olmasını, avrokuboklarda Azərbaycanı layiqincə təmsil etməsini tribunalrada təhqirə, dava-dalaşa yol verilməməsini, bir sözlə, fanatlarla birlikdə, daha böyük zirvələri fəth eyməsini istəyirik. İnanmaq istərdik ki, stadionlarımızda oxşar hallar bir daha təkrarlanmayacaq”.
Müəllif: Azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq2045
2AZAL2037
3İnter2030
4Simurq2023
5Bakı2023
6Qəbələ2021
7AZAL2020
8Rəvan2019
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

21

14.03.2020
16:00
Sabah
Keşlə
-
-
18:00
Qarabağ
Qəbələ
-
-
15.03.2020
16:00
Sumqayıt
Səbail
-
-
18:00
Neftçi
FC Zire
-
-



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.