Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Çempionat
12.03.2012 / 0 şərh / 1791 -dəfə baxılıb

"Neftçi" "Bakı"ya oyun verib?

Əvəzedicilərin çempionatında ilk “altılığ”a iddialı “Bakı” təsnifat mərhələsinin son oyununda “Neftçi”yə 2:0 hesabı ilə qalib gəldi. Halbuki bundan sonra final mərhələsində qarşılaşan rəqiblərin duelində “ağ-qaralar” 3:1 hesablı uğura sevindi. Aşkar güclü olduğu “zolaqlılar”a 0:2 hesablı yenilgisi “Neftçi”nin “Bakı”ya “altılıq” hədiyyəsi kimi qələmə verilir. Həmin qarşılaşmanın nəticəsi digər iddiaçılardan – “Simurq”, “Qarabağ” və “Sumqayıt”dan birinin ilk “altılıq” arzusunun üstündən xətt çəkdi.

Məsələylə bağlı “ağ-qaralar”ın əvəzedicilərinə rəhbərlik edən Elşad Əhmədov fikirlərini bölüşüb: “Bu söhbətlər boş – boş uydurmadı. Sadəcə, həmin görüşdə əsas heyət üzvlərimiz Elnur Soltanlı və Kənan Manaflı oyuna tam qoşula bilmədilər ki, bu da sonda nəticəyə təsir etdi. Protokola da baxa bilərsiniz. Elnurun oyundan əvvəl qızdırması var idi. İsinmə hərəkətləri zamanı üşütməsi artdı, meydana çıxa bilmədi. Kənan isə 3-cü dəqiqədə əzələsini dartdı və belədə onu əvəzləməli oldum. Bu da sonda məğlubiyyətlə nəticələndi. Başqa bir səbəb axtarmaq lazım deyil.

“Neftçi”də oyunu bilərəkdən uduzmaqdan söhbət gedə bilməz. Sadəcə, “Bakı” matça daha yaxşı köklənmişdi. Həm də nəzərə alın ki, rəqib iddiası olan komandadır. Görünür, onlar psixoloji cəhətdən daha hazırlıqlı olublar. Bundan əvvəlki oyunda onlar daha güclü idisə, son görüşdə şanslı tərəf biz olduq. Hər halda, qələbə olan yerdə məğlubiyyət də qaçılmazdır”.
 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1127
2AZAL1119
3İnter1118
4Simurq1114
5Bakı1111
6Qəbələ1111
7AZAL1110
8Rəvan119
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

11

09.11.2019
15:00
Qəbələ
Səbail
3
0
17:00
Keşlə
Neftçi
2
1
10.11.2019
16:00
Sabah
Sumqayıt
1
3
19:00
Qarabağ
FC Zire
1
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.