Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Çempionat
12.03.2012 / 0 şərh / 1828 -dəfə baxılıb

"Futbol saatı" gələn mövsüm efirdə olmayacaq?

AFFA İcraiyyə Komitəsinin iclasında növbəti mövsüm üçün Premyer Liqanın yayın hüququnun Peşəkar Futbol Liqasına verilməsi haqda qərar qəbul olunub. Yeni sezondan etibarən çempionatın oyunlarını yayımlamaq istəyən telekanallar PFL-lə müqavilə bağlamalıdı. Əks halda, onların kamerası stadiona buraxılmayacaq.

Qurumun prezidenti Ramin Musayev hələlik PFL-in telekanallar üçün hansi maddi şərtlər sürəcəyini açıqlamayıb. Hələlik rəqəm müəyyənləşdirilmədiyi üçün. Demək lazımdı ki, bu, son illər aktuallığını itirməyən məsələdi. Klub-kanal işbirliyi geridə qalan müddətdə dəfələrlə əl dəyişib. AFFA-nın ali orqanı gah Premyer Liqa təmsilçilərinə sərbəstlik hüququ var, gah da PFL-in maraqlarını güdüb. Hər iki halda çatışmazlıqlar aradan qalxmayıb.

Aydındı ki, telekanallar çempionatı işıqlandırmağa hamılıqla həvəs göstərmir. Həvəsi yaradan stimul puldu. Lakin əksər klublar qarşı tərəfin maddi şərtlərini ödəməkdən imtina edirp. Cari mövsümü götürsək, ilk «altılıq» üzvlərindən «İnter»in «Şəfa»dakı ev oyunlar kamera üzünə həsrətdi. «Qəbələ» ilə «Lider» əməkdaşlıq edirsə, «Bakı», «Qarabağ,» «Neftçi» AzTV və «İdman Azərbaycan»la işini görür. «Xəzər Lənkəran»a gəlincə, cənubluları başa düşmək olmur.

Bir növ əhval-ruhiyyəyə uyğun qərarlar verirlər. Lənkərandakı matçlara azarkeş marağının azalmasını kanalların «passivinə yazan» rəsmilərin səfər oyunları ilə bağlı planları Mais Mənsimovun kefindən asılıdı. Klub prezidenti ən yaxşı halda, İstanbulda yaşayan qardaşı, fəxri prezident Mübariz Mənsimovdan xəbər gələndə hərəkətə keçir. Əks halda, kanalın xidmətində maraqlı deyillər. Azərbaycandan kənarda yaşayan lənkəranlıları veclərinə almırlar, çünki 1-2 manat ziyana düşməklərindən qorxurlar. Vitse-prezident Tuyqun Nadirovun stadiona axını dayandıran azarkeşləri tənbəllikdə qınaması, sadəcə, gözdən pərdə asmaqdı, belə deməsə, rəhbərliyin paxırı ört-basdır eləməyə alternativ tapmayacaq.

Elitanın o biri üzvlərinə qalınca, “Rəvan”, AZAL və nisbətən “Sumqayıt” imkanlıdı. Onlar da öz səviyyələrində. PFL-in klubların əvəzindən kanallarla massa arxasına keçməsinə yalnız «XL» narazıdı. Tuyqun Nadirov bu günlərdə yenə bəyanat verərək, PFL-in onların əvəzindən danışıqlar aparmasına razılıq verməyəcəklərinə bildirib. Hədə-qorxu gəlib ki, icazələri olmadan stadionun qapısından bir kameranı da içəri buraxılmayacaq. PFL-ın məsuliyyəti növbəti dəfə üzərinə çəkməsi ilə gözləməyə dəyməz ki, bütün klublar ekranda görünəcək. Medalın görünməyən üzü sual işarələri ilə doludu. Sirr deyil ki, elita nümayəndələri kanalları stadiona gətirmək üçün özündən pul verir, onlardan almağı isə heç düşünmür də. Hazırkı şəraitdə əksini tələb etmək absurddu.

İki il öncə AzTV 100 min manat ödəyərək, PFL-lə 1 illik müqavilə imzalamışdı. Göstərilən məbləğin rəsmi olub-olmamasını deməyə çətinlik çəkirik, çünki rəqəmi hər iki dairə şifahi, yəni dildə hallandırıb. AFFA İcraiyyə Komitəsinin çempionatın yayın hüququnu əvvəlkindən minimum 2-3 dəfə baha qiymətə sata bilməsi bir yana, klubların PFL-in ortalığa atılmasından nə dərəcədə razı qalacağı isə cidanı çuvalda çox gözlətməyəcək. Gəlin, kanalları da düşünək.

Əgər «İdman Azərbaycan» və «Lider» hər oyunun çəkilişindən ortalama 2500-4000 manat götürürdüsə, yeni qərara əsasən, həmin vəsaitdən imtina etməklə bərabər, özləri ciblərini eşəməlidilər. Prosesin kulminasiya nöqtəsini biz oxucuya qısaca bu cür çatdırdıq. İndi isə televiziya məkanının təmsilçilərinə qulaq asaq.

Elsevər Dünyamalıyev (“İdman Azərbaycan”ın sədri): “Məndən heç nə soruşmayın bu barədə. Heç nə bilmirəm. Sizi nə maraqlandırırsa, zəng vurun mətbuat xidmətinə”.

İlkin Fikrətoğlu (ATV-nin idman şöbəsinin rəhbəri): “Həmişə olduğu kimi, bu dəfə də çempionatın oyunlarına maraq göstərməyəcəyik. Şəxsən idman şöbəsinin rəhbəri kimi bu, məndən asılı deyil. Belə məsələlər teleşirkətdə daha yüksək səviyyədə həll olunur. Bizim teleşirkət də əsasən şou proqramlara yer ayırır. Şouya maraq böyük olduğundan, reklamlar da çoxalır. Çempionatımız hələ o səviyyəyə çatmayıb ki, maraq artsın. Reklam bazarı olmadığı üçün oyunları vermək sərf eləmir. Belədə kanal rəhbərliyinin də marağı olmur ki, 90 dəqiqə efirdə yer ayırsın. Çempionatda maraqlı oyunların sayı çox azdır. 90 dəqiqəyə iki sanballı verliş çıxarmaq olar efirə. Bu da maliyyə baxımından teleşirkətə xeyir gətirər. Oyunlarını yayınlamaqla heç nə qazanmaq olmaz, əksinə, tamaşaçı itirə bilərsən. Ola bilsin ki, rəhbərlik bu prizmadan yanaşaraq, çempionata maraq göstərmir. Rəhbərliyinin də marağı odur ki, daha baxımlı verlişlər efirə getsin şirkət xeyir götürsün.

İcraiyyə Komitəsinin çıxardığı qərara gəlincə, ATV çempionat oyunlarını yayınladığı üçün bunun bizim üçün heç bir əhəmiyyəti yoxdu. Hansısa kanalllara sərf edir ki, yayım hüquqi klublarda olsun. Hansılarsa hesab edir ki, hüquq PFL-də olsun. Amma indiki məqamda klublarda olması daha yaxşı idi. Çünki klublar yayınlanda maraqlıdı. Onlar yayını kimə istəyirdisə, ona da verirdi. Məsələn “Qəbələ”nin ev oyunlarını “Lider” göstərir, digərlərini isə AzTV ilə “İdman Azərbaycan”. Bunun nəyi pis idi ki? Yayın hüquqi klublarda qalsaydı, televiziyada göstərilən oyunların sayı da artardı”.

Elman Himayətoğlu (İTV-nin əməkdaşı): “Yeni mövsümün başlamasına hələ çox vaxt var. Bu barədə yekun qərarımızı verməmişik. Oyunların yayın hüquqları klublarda qalsaydı, daha yaxşı olardı. Cari mövsüm bir daha bunu göstərdi. Çünki çempionatın əksər oyunları televiziya ilə verildi, bu da futbolun təbliğində böyük rol oynadı. Gələn mövsümdən etibarən yayın hüququ konkret bir kanala verilsə, bu, bir qədər çətinlik yaradacaq. İndiki oyunları yüksək səviyyədə canlı işıqlandıracaq kanal yoxdu. Nəzərə alaq ki, oyunlar eyni vaxtda başlayır, AzTV maksimum ikisini verə bilir. Bu hüququn klublarda olması televiziyada daha çox oyunların göstərilməsi demək idi. Bu baxımdan, seçimin klublarda qalması məqsədəuyğun idi. İTV-də kifayət qədər idman proyekti var. Qarşıdan Olimpiya oyunları gəlir, əsas diqqəti buna yönəltmişik. Həm də İtaliya çempionatı və Avroliqanı göstəririk. Ona görə də Premyer Liqa oyunlarını yayınlanması ilə bağlı qəti fikir bildirməyə tələsmirik”.

Rövşən Məmmədov (“Lider”TV-nin idman redaksiyasının rəhbəri): “AFFA və PFL öz aralarında razılığa gəlib, biz də onların verdiyi qərara hörmətla yanaşırıq. Başqa nə edə bilərik ki? Bizim çempionat hələlik brend deyil. Əvvəl komandalar oyunlarının yayınlanmasında maraqlı idilər. Buna görə də televiziyaya pul ödəyirdilər. Əvvəlki variant daha uğurlu idi. Mənə elə gəlir ki, heç bir kanal çempionat üçün pul ödəməyəcək. İnanmıram ki, hansısa kanal oyunların paketini almaq üçün PFL-ə pul ödəsin. Çox çətin məsələdi. Bu, o zaman mümkün ola bilər ki, çempionatın səviyyəsi yüksək olsun, tamaşaçı auditoriyası baxamından baxımlı xarakter daşısın. İndi Premyer Liqaya maraq yoxdu. Ona görə də İcraiyyə Komitəsinin çıxardığı qərar tez atılmış addıma bənzəyir. O ki qaldı “Qəbələ” ilə aramızdakı müqavilənin pozulmamasına, klub və PFL rəhbərliyi ilə danışıqlar aparacağıq. Əlbəttə, biz də istəmərik ki, hər hansı klubla anlaşmamız pozulsun. Bu müqavilənin pozulmaması üçün əlimizdən gələni edəcəyik”.

İbrahim Ünlübostan (“Xəzər”TV-nin idman redaksiyasının rəhbəri): “İndki halda fikir bildirmək hələ tezdi. Qərar yeni dəyişdiyi üçün bunu müzakirə etməmişik. “Futbol saat”ının PFL-in yardımı sayəsində efirə çıxması düzgün məlumat deyil. Onların yaxından-uzaqdan bizimlə əlaqəsi yoxdu. Sadəcə, PFL bütün oyunları çəkdiyi üçün videolarından istifadə edirik. Qayda pozuntusu olan epizodların düzgün və yanlış olduğunu onların çəkdiyi videolardan bilirik. Məhz müzakirə olunan məsələlərdə həmin video kadrlardan istifadə edirik. “Futbol saat”ın gələn mövsüm efirə gedib-getməyəcəyini isə deyə bilmərəm. Hələ bunu da dəqiqləşdirməmişik”.

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1127
2AZAL1119
3İnter1118
4Simurq1114
5Bakı1111
6Qəbələ1111
7AZAL1110
8Rəvan119
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

11

09.11.2019
15:00
Qəbələ
Səbail
3
0
17:00
Keşlə
Neftçi
2
1
10.11.2019
16:00
Sabah
Sumqayıt
1
3
19:00
Qarabağ
FC Zire
1
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.