Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Çempionat
13.03.2012 / 0 şərh / 2195 -dəfə baxılıb

"Neftçi"dən tələb (Bəyanat)

"Neftçi" Qəbələdə baş verən hadisələri pisləyən bəyanat yayıb. Onu sizə təqdim edirik:

"Unibank Premyer-Liqasının XXIII turu çərçivəsində keçirilmiş "Qəbələ" - "Neftçi" oyununda xoşagəlməz vəziyyət yaşandı. Oyunun birinci hissəsində qəbələli azarkeşlər meydançaya kənar əşyalar atsa da, polis bu vəziyyətə müdaxilə etmədi. Buna baxmayaraq, oyun ərzində hər iki komandanın futbolçuları və azarkeşləri arasında heç bir insident yaşanmadı. Təəssüf ki, oyunun sonuna yaxın polislər birtərəfli mövqe tutaraq və güc tətbiq edərək "Neftçi" azarkeşlərini tribunalardan çıxarmağa başladılar. Nəticədə 10-a yaxın azarkeş xəsarət alaraq xəstəxanaya aparıldı. Klub rəsmiləri xəstəxanada oldular və xəsarət almış azarkeşlərə tibbi yardım göstərildi. Hadisəyə dərhal reaksiya verən Qəbələ Şəhər İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, xəstəxanaya gələrək vəziyyətlə tanış oldu. Azarkeşlərə zəruri tibbi yardım göstərildikdən sonra onlar Bakıya yola salındı. Futbolsevərlərdən birinin vəziyyəti yolda pisləşdiyindən əvvəlcə Hacıqabul, daha sonra Şirvan şəhər xəstəxanasında yerləşdirildi.

Azərbaycanın ən köklü klubu "Neftçi" PFK olaraq azarkeşlərə qarşı bu münasibəti qəti şəkildə pisləyir və müvafiq qurumların tədbir görməsini istəyirik. Artıq klubumuz tərəfindən Peşəkar Futbol Liqasına rəsmi müraciət ünvanlanıb. İnanırıq ki, oxşar hallar bir daha baş verməyəcək".

 
Müəllif: Azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1127
2AZAL1119
3İnter1118
4Simurq1114
5Bakı1111
6Qəbələ1111
7AZAL1110
8Rəvan119
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

11

09.11.2019
15:00
Qəbələ
Səbail
3
0
17:00
Keşlə
Neftçi
2
1
10.11.2019
16:00
Sabah
Sumqayıt
1
3
19:00
Qarabağ
FC Zire
1
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.