Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Çempionat
16.03.2012 / 0 şərh / 1755 -dəfə baxılıb

Əfran İsmayılov: Bu addım insanı daha da stimullaşdırır

Martın 15-də Unibank Premyer Liqasında fevral ayının ən yaxşı futbolçusu seçilmiş “Qarabağ”ın və Azərbaycan milli komandasının futbolçusu Əfran İsmayılovun mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə 24 yaşlı yarımmüdafiəçiyə Peşəkar Futbol Liqası tərəfindən hədiyyələr, baş sponsor tərəfindən isə 1111 manat pul mükafatı təqdim olunub.

Mükafatlandırma mərasimindən sonra İsmayılov ilin futbolçusu olmağa çalışacağını bildirib: “Açığı, qalib olacağımı gözləmirdim. İşimiz futbol oynamaqdır. Hazırda bütün diqqətimizi ölkə çempionatı və kubok mübarizəsinə yönəltmişik. Sağ olsunlar ki, belə nominasiya təsis ediblər. Bu addım insanı daha da stimullaşdırır”.

Futbolçu “Qarabağ”ın çempionluğu barədə hələ düşünmədiyini də söyləyib: “Qarşıda çətin oyunlar var. Hələ çempionluq barədə düşünmürük. Sona ən azı 3 tur qalmış bu barədə fikirləşmək olar”.

İsmayılov hər bir müdafiəçiyə qarşı oynamağın çətin olduğunu da vurğulayıb.

Qeyd edək ki, “ayın futbolçusu” sorğusunda Unibank Premyer Liqasının 12 klubu və 33 KİV nümayəndəsi iştirak edib. Respondentlər ilk dəfə 16 namizəd irəli sürüblər. İsmayılovun namizədliyini jurnalistlərin 33 faizi dəstəkləyib. 24 yaşlı yarımmüdafiəçi baş məşqçilər və komanda kapitanları arasında 22 mümkün səsdən 6-nı qazanıb.
 
Müəllif: Azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1127
2AZAL1119
3İnter1118
4Simurq1114
5Bakı1111
6Qəbələ1111
7AZAL1110
8Rəvan119
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

11

09.11.2019
15:00
Qəbələ
Səbail
3
0
17:00
Keşlə
Neftçi
2
1
10.11.2019
16:00
Sabah
Sumqayıt
1
3
19:00
Qarabağ
FC Zire
1
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.