Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Çempionat
16.03.2012 / 0 şərh / 1658 -dəfə baxılıb

Autsayderlər baş məşqçilərini qovmaq istəmir (Araşdırma)

Bu mövsüm futbol üzrə Unibank Premyer Liqasının arxada qalan 23 turu ərzində 12 komandadan 7-si baş məşqçi postunda dəyişikliyə əl atıb. Son dəyişiklik “Xəzər Lənkəran”da baş verib.

Cənub təmsilçisinin rəhbərliyi mövsüm ərzində ikinci dəfə “komandanın sükançısı”nı əvəzləyib. Movsümə rumıniyalı Mirça Redniklə başlayan Lənkəran komandası 2011-ci il dekabrın 5-də onun yerinə türkiyəli Cüneyt Biçəri təyin edib. Lakin Biçər martın 15-də postunu Yunis Hüseynova təhvil verib. Hazırda “Xəzər Lənkəran” turnir cədvəlində 44 xalla 4-cü pillədə qərarlaşıb.

Daha öncə “Rəvan” və “Kəpəz” klubları da iki dəfə baş məşqçi dəyişikliyinə əl atıblar. Paytaxt klubunda Bəhmən Həsənov Vladislav Qədirova verdiyi postu sonradan geri alıbsa, Gəncə təmsilçisi əvvəlcə Mehman Allahverdiyev, sonra isə Mirbağır İsayevlə vidalaşıb. Qalan 4 komandamıza gəldikdə, AZAL-da Elxan Abdullayevi Rafiq Mirzəyev, “Qəbələ” də Toni Adamsı (İngiltərə) Fatih Kavlak (Türkiyə), “Simurq”da Sergey Yuranı (Ukrayna) Georgi Çixradze (Gürcüstan), “Bakı”da isə Aleksandr Starkovu (Latviya) onun köməkçisi Novruz Əzimov əvəzləyib.

Hələlik baş məşqçi dəyişikliyinə əl atmayan klublar isə ilk “3-lük”də və son 2 pillədə qərarlaşanlardır. “Neftçi” Böyükağa Hacıyevlə, “İnter” Kaxaber Tsxadadze (Gürcüstan) ilə, “Qarabağ” Qurban Qurbanovla, “Sumqayıt” Bernhard Raabla (Almaniya), “Turan” isə Əsgər Abdullayevlə yoluna davam edir. Son 2 komanda 10-cu pillədəki “Simurq”dan müvafiq olaraq, 5 və 6 xal geri qalmalarına baxmayaraq, baş məşqçi dəyişikliyinə lüzum görmürlər.

Qeyd edək ki, Premyer Liqanın sonuna hələ 9 tur var. Bu səbəbdən, çempionatın həlledici mərhələsində yeni-yeni istefaların baş verməsi istisna deyil.
 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1127
2AZAL1119
3İnter1118
4Simurq1114
5Bakı1111
6Qəbələ1111
7AZAL1110
8Rəvan119
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

11

09.11.2019
15:00
Qəbələ
Səbail
3
0
17:00
Keşlə
Neftçi
2
1
10.11.2019
16:00
Sabah
Sumqayıt
1
3
19:00
Qarabağ
FC Zire
1
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.