Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Çempionat
15.05.2012 / 0 şərh / 15451 -dəfə baxılıb

"Neftçi"nin çempionluğunda FİFA-nın qərarı da rol oynadı (Yazı)

Premyer-liqamızda 297 günlük marafon başa çatdı. Artıq tarix olan XX milli çempionatımızın qızıl, gümüş və bürünc medallarını müvafiq olaraq "Neftçi", "Xəzər Lənkəran" və "İnter" qazandı. Bununla da ardıcıl ikinci mövsüm ilk 2 pillənin sahibləri dəyişməz qaldı. Yalnız 3-cü sırada "Qarabağ"ı "İnter" əvəzləyərək, tarixində ilk dəfə bürünc medalçı oldu.

"Neftçi" tarixində 7-ci çempionluğunu "ağ-qaralar"ın baş məşqçi postunda debüt mövsümünü keçirən Böyükağa Hacıyevin rəhbərliyi altında qazandı. Çempion komandanı Arif Əsədovdan təhvil alan təcrübəli mütəxəssis heç bir yeni transfer həyata keçirmədən komandanın titulunu qorumasını təmin etdi.

"Neftçi" çempionluq göstəricisində mütləq rekordunu bir qədər də yaxşılaşdıraraq, rəqibləri ilə aradakı fərqi artırdı. Belə ki, 2-ci ən çox çempion olan "Kəpəz" cəmi 3 dəfə - 1995, 1997 və 1998-ci ildə buna nail olub. "Neftçi" hələ ilk milli çempionatımızın qalibi kimi tarixə düşəndən sonra 1996, 1997, 2004, 2005 və 2011 və 2012-ci ildə qızıl medallara sahib çıxıb. Göründüyü kimi, "Neftçi" bunadək 1 dəfə ardıcıl 2 il çempion olub.

Təzadlı mövsüm keçirən, 3 baş məşqçi dəyişən "Xəzər Lənkəran" bütün problemlərə rəğmən, mövsümü ikinci sırada bitirə bildi. Hərçənd Yunis Hüseynovun baş məşqçi təyin olunmasından sonra dirçələn "ağ-yaşıllar" çempionatı zirvədə də tamamlaya bilərdi. Lakin FİFA-nın Romulo Silvanı məsələsinə görə Cənub klubunun hesabından 6 xal silməsi komandanın planlarını pozdu. Düzdü, sonradan həmin xallar geri qaytarıldı. Lakin fikrimizcə, həmin qara xəbər lənkəranlıların əhval-ruhiyyəsini pozduğundan bir neçə oyuna köklənə bilmədilər. Xüsusən də "Bakı" ilə səfər matçında alınan yenilgi (1:4) həlledici oldu. İstənilən halda, cənublu azarkeşlər komandaları bürünc mükafatçı olduğu üçün sevinməlidi. Bu qədər poblemlərə rəğmən, "Xəzər Lənkəran" mükafatçılar sırasına düşə bildisə, bunun özü elə çempionluğa bərabərdi.

"İnter" isə milli çempionatlarda medal kolleksiyasını tamamladı. 2004-cü ilin yayından bu adı daşıyan komanda tarixində ilk dəfə bürünc medalçı oldu. Bunadək qızıl və gümüş medal qazanan "bankirlər"in yalnız bürüncü çatmırdı ki, ona yubiley çempionatımızda nail olundu. "İnter" bunu ardıcıl 3-cü ildi baş məşqçisi olan Kaxaber Tsxadadzenin rəhbərliyi altında qazandı.

İlk "altılıq"da qərarlaşan "Qarabağ", "Bakı" və "Qəbələ" üçün cari çempionat birmənalı olaraq, uğursuz sayılır. Lakin "Bakı"nın bəxti onda gətirdi ki, ölkə kubokunda finala vəsiqə qazana bildi. Həlledici görüşdə "zolaqlılar"ın rəqibi çempion "Neftçi" olduğundan onlar Avroliqaya vəsiqə əldə etdilər.

"Qarabağ"la "Qəbələ" isə üzüntü içindədi. 2010/11 mövsümündə bürünc medalçı olan ağdamlılar həmişə iştirakçısı olduğu milli çempionatımızda 13-cü dəfə mükafatsız qaldı. Ardıcıl 3 il Avroliqanın təsnifat mərhələsindəki inamlı çıxışı ilə azarkeşlərini sevindirən əyalət klubu bu yay beynəlxalq yarışları kənardan izləyəcək.

London "Arsenal"ının əfsanəvi kapitanı Toni Adamsla anlaşıb, qarşısına mükafatçılar sırasına düşmək tapşırığı qoyulan "Qəbələ" arzusunu reallaşdıra bilmədi. İşinin öhdəsindən gələ bilməyən ingiltərəli mütəxəssis komandanı yarıyolda qoyub gedəndən sonra onu Fatih Kavlak əvəzlədi. Etiraf etmək lazımdı ki, əyalət klubu türkiyəlinin rəhbərliyi altında inamlı çıxış etdi. Təsadüfi deyil ki, "Qəbələ" çempionatımızın final mərhələsində hamıdan çox - 17 xal yığıb. Di gəl ki, Adamsın zamanında itirilən xallar qəbələlilərin tarixlərində ilk dəfə avrokuboka vəsiqə qazanmalarına imkan vermədi.

AZAL, "Rəvan", "Simurq" və "Kəpəz"i cari çempionatın ortababı saymaq olar. Hərçənd bu kollektivlər ilk "altılığ"a düşmək üçün sonacan mübarizə apardılar. Lakin müxtəlif səbəblərdən istəklərinə çata bilmədiklərindən birinciliyin final mərhələsinin oyunları onlar üçün formal xarakter daşıdı. Çünki "Turan"la "Sumqayıt"ın mövsümü son 2 pillədə başa vuracaqları öncədən bəlli idi. Burada əsas məsələ kimin sonuncu, kimin isə 11-ci olmasıydı ki, bu da axırıncı turda bəlli oldu. Maddi sıxıntılara, müxtəlif problemlərə rəğmən, futbol ənənəsinə malik olan Tovuz klubu rüvayçılıqdan qurtulub, debütantı qabaqladı.
 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.