Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Çempionat
18.05.2012 / 0 şərh / 15062 -dəfə baxılıb

Bakı üçüncü dəfə kuboku qazandı

“Bakı” klubu tarixində üçüncü dəfə futbol üzrə Azərbaycan Kubokunun qalibi olub. Paytaxtın eyni adlı komandası bu dəfə finalda “Neftçi”ni məğlubiyyətə uğradıb – 2:0.

“Dalğa Arena”da keçirilmiş matç sürətli hücumlarla başlayıb. 3-cü dəqiqədə “Neftçi”nin yarımmüdafiəçisi Mirhüseyn Seyidovun uzaq məsafədən qüvvətli zərbəsi “Bakı”nın qapı tirinə tuş gəlib. “Bakı”nın hücumu isə qolla nəticələnib. 8-ci dəqiqədə qurulmuş çoxgedişli kombinasiyanı ispaniyalı hücumçu Koke qolla tamamlayıb.

Bu qoldan sonra oyunun tempi tədricən aşağı düşməyə başlayıb. Ərazi üstünlüyünə malik “Neftçi” hücumlarını daha çox sağ cinahdan qurmağa cəhd edib. Bu zaman “Bakı”nın aşağı yaş qruplarından yetişmiş cinah müdafiəçisi Elşad Manafov bu hücumların qarşısını məharətlə alıb.

“Bakı”nın əks-hücumu isə gözəl qolla nəticələnib. 28-ci dəqiqədə Xavyer Juniorun qapıya göndərdiyi top qövsvari trayektoriya cızaraq, Saşa Stamenkoviçin qoruduğu qapıya yönəlib. Qol o qədər gözlənilməz alınıb ki, Juniorun özü belə qol vurduğuna inanmayıb.

Qalan dəqiqələrdə də “Neftçi” topa daha çox yiyələnsə də, qol vura bilməyib. “Bakı”nın əks-hücumları isə daha kəsərli alınıb. İkinci hissədə meydanda gərgin anlar da yaşanıb. Hesabda geridə olan “Neftçi”nin futbolçuları bir epizodda yan xətt hakimi Elman Musayevə kəskin etiraz ediblər. Baş hakim Əliyar Ağayev buna görə Denis Silvaya sarı vərəqə göstərib. Növbəti epizodlardan birində isə flaqman fanatları meydançaya su qablarının qapaqlarını atıblar və lazer şüalarından yararlanıblar. Bir sarı vərəqəsi olan Denis Silva 80-ci dəqiqədə də kobudluğa yol verib. O, Xavyer Junioru yıxdığı üçün ikinci sarı vərəqə alaraq, meydandan qovulub.

“Neftçi” azlıqda qalmasına baxmayaraq, hücumlarını davam etdirib. 83-cü dəqiqədə “Bakı”nın futbolçusu Nenad Kovaçeviç birdən-birə yerə yıxılıb. Bundan təşfişə düşən “Bakı”nın vitse-prezidenti Yaşar Seyidov meydana daxil olub. Baş hakim isə onu texniki zonadan kənarlaşdırıb. Ümumiyyətlə, referi elə də ciddi səhvlərə yol verməyib. Onun yeganə səhvi “Bakı” futbolçularının zədə və digər bəhalərlə vaxtı uzatmasına göz yumması olub.

Beləliklə, “Bakı” 2005 və 2010-cu illərdə qazandığı Azərbaycan Kubokunu növbəti dəfə muzeyinə aparıb. Əvvəlki illərdə “zolaqlılar” “İnter” və “Xəzər Lənkəran”ı əlavə vaxtda 2:1 hesabı ilə yenmişdisə, bu dəfə kubok mübarizəsində ilk dəfə qarşılaşdığı çempion “Neftçi”ni əsas vaxtdaca 2 cavabsız qolla üstələməyi bacarıb.

Oyundan sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA-nın vitse-prezidenti Elşad Nəsirov “Neftçi”yə medallar, “Bakı”nın kapitanı Cəmşid Məhərrəmova Azərbaycan Kubokunu, komandanın digər üzvlərinə isə medallar təqdim edib.
 
Müəllif: Azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.