Kubok
- 15.03.2012 / 0 şərh / 3975 -dəfə baxılıb
- Futbol üzrə Azərbaycan Kubokunda ¼ final mərhələsinin ilk görüşləri keçirilib. Qarşılaşmaların hamısında yüksək məhsuldarlıq qeydə alınıb. Dörd oyundan 3-də paytaxt komandaları qələbə qazanıb. “Neftçi” Gəncədə “Kəpəz”in qapısından 2 top keçirib. “Bakı” və “İnter” paytaxtda AZAL-la “Xəzər Lənkəran”ı 3 dəfə məyus edib. Əyalət komandalarının iştirakı ilə baş tutan “Qəbələ” – “Qarabağ” görüşündə isə tərəflər hərəyə 2 dəfə fərqlənib.
14 mart (çərşənbə)
“Qəbələ” – “Qarabağ” (Ağdam) – 2:2
Qollar: Viktor Mendi, 41. Dodo, 65 – Rauf Əliyev, 46. Muarem Muarem, 90
“Kəpəz” (Gəncə) – “Neftçi” (Bakı) – 1:2
Qollar: Yuri Fomenko, 87 – Denis Silva, 28. Elşən Abdullayev, 84
Qırmızı vərəqə: Nikolay Svejentsev, 90 (“Kəpəz”)
“Bakı” – AZAL (Bakı) – 3:1
Qollar: Aleksandr Şoliç, 27. Deyvidas Çesnauskis, 59. Koke, 63 – Şəhriyar Rəhimov, 68
“İnter” (Bakı) – “Xəzər Lənkəran” – 3:2
Qollar: Nizami Hacıyev, 39. Enyo Krastovçev, 78. Girt Karlson, 87-penalti ilə – Elnur Abdullayev, 47. Rendal Brenes, 57
Qeyd edək ki, cavab görüşləri martın 28-də keçiriləcək.