Kubok
- 15.03.2012 / 0 şərh / 3873 -dəfə baxılıb
- Azərbaycan kubokunun 1/4final mərhələsinin ilk oyunları çərçivəsində səfərdə “Kəpəz”in qonağı olan “Neftçi” rəqibini 2:1 hesabı ilə məğlub etdi. Oyundan sonra hər iki komandanın baş məşqçiləri fikirlərini bildiriblər:
Fuad İsmayılov: ”Simurq”la oyundan sonra futbolçularımızda yorğunluq var idi. Bu da oyunda öz təsirini göstərdi. “Neftçi”yə qarşı istədiyimiz oyunu göstərə bilmədik”.
Böyükağa Hacıyev: ”Kəpəz” öz meydanında “Qəbələ”yə qalib gəlmişdi. Bugünkü oyunun çətin olacağını bilirdik. Heyətimizdə zədəli futbolçular var idi. Onların əvəzinə gənc futbolçulara şans verdik. Qalib gəldiyimiz üçün şadam”.