Kubok
- 15.03.2012 / 0 şərh / 3742 -dəfə baxılıb
- Azərbaycan kubokunun 1/4 final mərhələsin ilk oyunları çərçivəsində “Qəbələ” “Qarabağ”ı qəbul etdi. Maraqlı idman mübarizəsində keçən oyun 2:2 hesablı bərabərliklə başa çatdı. Matçdan sonra hər iki baş məşqçi fikrini bölüşüb.
Qurban Qurbanov:“Kubok oyunları çempionatdan fərqli olur. Hər iki komanda bu gün diqqətli oyun göstərdi, futbolçular sona kimi mübarizə apardılar. Cavab oyununun necə keçəcəyini bilmirəm. Hər iki komandanın şansı eynidir. Bugünkü oyunda hesab ədalətli oldu”.
Fatih Kavıak:“Çətin oyun oldu, “Qarabağ”ın güclü komanda olduğunu bilirdik, oyuna yaxşı hazırlaşmışdıq. İlk hissədə oyunumuz tam alınmadı. Hesabda irəli olsaq da yekunda 2:2 hesablı bərabərlik oldu. Çox güclü rəqibə qarşı mübarizə apardıq”.