Kubok
- 26.03.2012 / 0 şərh / 3656 -dəfə baxılıb
- Azərbaycan kuboku uğrunda yarışların 1/4 final mərhələsinin cavab oyunlarının başlama vaxtı açıqlanıb. Oyunların hamısı eyni gündə, müxtəlif saatlarda oynanılacaq.
"Qarabağ" - "Qəbələ" matçı 15:00-da start götürəcək. 1 saat sonra AZAL - "Bakı" və "Neftçi" - "Kəpəz" görüşlərinin start fiti səslənəcək. "Xəzər Lənkəran" "İnter" qarşılaşması isə 18:00-da başlayacaq.
Azərbaycan Kuboku 1/4 final
Cavab oyunları
28 mart (çərşənbə)
"Qarabağ" - "Qəbələ"
Quzanlı qəsəbə stadionu. Saat 15:00
AZAL - "Bakı"
"AZAL Arena" stadionu. Saat 16:00
"Neftçi" - "Kəpəz"
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 16:00
"Xəzər Lənkəran" - "İnter"
Lənkəran şəhər stadionu. Saat 18:00