Kubok
- 29.03.2012 / 0 şərh / 3725 -dəfə baxılıb
- Futbol üzrə Azərbaycan Kubokunda bütün yarımfinalçılar müəyyənləşib. Sonuncu vəsiqəyə Bakının “İnter” komandası yiyələnib.
Paytaxt təmsilçisi ¼ final mərhələsində “Xəzər Lənkəran”ı mübarizədən kənarlaşdırıb. İlk görüşdə səfərdə 2:3 hesabı ilə uduzan baş məşqçi Yunis Hüseynovun komandası martın 28-də evdə oynadığı cavab matçında da qələbə qazana bilməyib – 1:1.
Daha öncə növbəti mərhələyə Ağdamın “Qarabağ”, paytaxtın “Neftçi” və “Bakı” komandaları yüksəliblər. ¼ final mərhələsinin cavab görüşlərində “Neftçi” evdə Gəncə “Kəpəz”i ilə 1:1 hesablı heç-heçə edib, “Bakı” isə səfərdə AZAL-ı yenib - 2:1. İlk görüşdə flaqman 2:1, paytaxtın eyniadlı klubu isə 3:1 hesabı ilə qalib gəldiklərindən, yarımfinala yüksəliblər. “Qarabağ” isə “Qəbələ”ni mübarizədən kənarlaşdırıb. İlk görüşdə səfərdə 2:2 hesablı heç-heçəyə nail olan “Qarabağ” martın 28-də evdə keçirdiyi cavab matçında qolsuz heç-heçə edib – 0:0. Məhz səfər qolları sayəsində Ağdam təmsilçisi mərhələ adlayıb.
Yarımfinalda “Qarabağ” “Bakı” ilə üz-üzə gələcək. “Neftçi” isə “İnter”i sınağa çəkəcək. Oyunlar aprelin 18-də və 25-də olacaq.
28 mart (çərşənbə)
“Qarabağ” (Ağdam) – “Qəbələ” – 0:0
İlk oyun – 2:2
AZAL (Bakı) – “Bakı” – 1:2
Qollar: Orxan Səfiyaroğlu, 52 – Xavyer Junior, 5; 85
İlk oyun – 1:3
“Neftçi” (Bakı) – “Kəpəz” (Gəncə) – 1:1
Qollar: Bahodir Nasimov, 48 – Yuri Fomenko, 33
Qırmızı vərəqələr: Əli İsmayılov, 75 - Mirhüseyn Seyidov, 75
İlk oyun – 2:1
“Xəzər Lənkəran” – “İnter” (Bakı) – 0:1
Qollar: Rendal Brenes, 82 - Baçana Tsxadadze, 29
İlk oyun – 2:3.