Kubok
- 29.03.2012 / 0 şərh / 3659 -dəfə baxılıb
- Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində "Qarabağ" doğma azarkeşləri qarşısında "Qəbələ"ni qəbul edib. Qarşılaşma qolsuz başa çatıb və "Qarabağ" növbəti mərhələyə adlayıb. Matçdan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bölüşüb.
Fatih Kavlak: “”Qarabağ”ı təbrik edirəm. Çox gözəl oyun oldu. İki komandanın mübarizəsində mərhələni adlayan “Qarabağ” oldu. Rəqibimizə uğurlar arzulayıram”.
Qurban Qurbanov:“Qol vurulmamasına baxmayaraq, çox gözəl oyun alındı. Azarkeşlər üçün də maraqlı oyun oldu. Sona kimi oyunun tempi aşağı düşmədi. Futbolçular mübarizə apardılar. “Qəbələ”nin oyununu yaxşı təhlil etmişdik. Futbolçularım səhvsiz oynayaraq rəqibin hücumlarının qarşısını aldılar”.