Kubok
- 29.03.2012 / 0 şərh / 3675 -dəfə baxılıb
- Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində “Bakı” səfərdə AZAL üzərində qələbə qazanaraq növbəti mərhələyə yüksəldi-2:1. Oyundan sonra məşqçilər fikirlərini bölüşdülər.
Novruz Əzimov, “Bakı” klubunun baş məşqçisi: “Kubok oyunları adətən çətin olur. Oyun bizim üçün yaxşı başladı. Futbolçularım yaxşı oynadılar. Daha da yaxşı oynaya bilərlər. Rəqibimiz on nəfər qalandan sonra, futbolçularım arxayınlaşdı. Nəticədə rəqib hesabı bərabərləşdirdi. AZAL ikinci hissədə bizdən üstün oyun göstərdi. AZAL-a növbəti oyunlarda uğurlar arzulayıram”.
Rafiq Mirzəyev, AZAL klubunun baş məşqçisi: “İki hissə arasında böyük fərq varıydı. Bəzi futbolçularım formada deyildi. Rəqibi təbrik edirəm. Final oynamalarını arzulayıram”.