Klub xəbərləri
- 13.06.2012 / 0 şərh / 13526 -dəfə baxılıb
Avstriyada toplanışda olan komandamız məşqlərinə ara vermədən davam edir.
Son iki gündə "Xəzər Lənkəran"ın məskunlaşdığı Kirxdorf qəsəbəsində yağışlar ara verməsə də gündə iki dəfə olmaqla məşqlər keçirilir.
Dünəndən etibarən Kiprin " Apollon" klubuna icarəyə verilmiş portuqaliyalı futbolçumuz Joao Paulo Pinto da komandaya qoşulub. Futbolçunun " Xəzər Lənkəran"da qalıb-qalmamasına baş məşqçi Yunis Hüseynov qərar verəcək.
Sabah isə "Xəzər Lənkəran" Kirxdorf qəsəbəsinin futbol meydançasında ilk yoxlama oyununa çıxacaq. Rəqibin kimliyi haqqında saytımızda əlavə məlumat veriləcək.