Klub xəbərləri
- 28.04.2012 / 0 şərh / 2486 -dəfə baxılıb
- Bir müddət öncə “Xəzər Lənkəran” klubunun hazırkı heyətin 5 üzvü ilə müqavilə bağladığını xəbər vermişdik. Baş məşqçi Yunis Hüseynov bildirmişdi ki, Kamran Ağayev, Elnur Allahverdiyev, Rahid Əmirquliyev, Eder Bonfim və Adrian Pitlə müqavilə imzalanıb.
Amma müqavilə məsələsi ilə bağlı həmişə qaranlıq danışan Kamran Ağayev bu dəfə də ənənəsinə sadiq qalıb. Milli komandanın da şərəfini qoruyan 26 yaşlı qolkiper "Futbol+" qəzetinə bildirib ki, o, müqaviləyə qol çəkməyib: “Mənə təklif olub. Amma tələsmirəm. Dəvətlərim var. Odur ki, müqavilə bağlamıram. Bunu kim çıxardı? Amma sözləşməmi uzada da bilərəm”.