Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
28.04.2012 / 0 şərh / 2336 -dəfə baxılıb

Neftçi Yunanıstan çempionatında rahatlıqla ilk dördlüyə düşə bilər (Müsahibə)

"Neftçi"nin yetirməsi Araz Abdullayev Azərbaycana qayıdıb. İcarə əsasında Yunanıstanın "Panionios" klubunda çıxış edən gənc futbolçu "Neftçi"nin rəsmi saytına müsahibə verib.

- Araz, səni yenidən vətəndə görməyimizə şadıq. "Panionios"dakı çıxışın haqqında özündən eşitmək istəyirik.
- Bildiyiniz kimi qış fasiləsində istirahət etmək və təlim-məşq toplanışında iştirak etmək imkanım olmadı. Dekabr ayında dərhal Yunanıstana yollandım və oyunlarda iştirak etdim. Fikrimcə, yaxşı alındı. Bir çox oyunlarda meydana start heyətdə çıxdım. Zədələri nəzərə almasaq, elə bir problem olmadı. Komandamızın baş məşqçisi taktiki dəyişikliklər etdiyindən bəzən əvəzlənir, yaxud ehtiyyatda qalırdım. Bununla belə, uğurlu mövsüm keçirdiyimi və ən önəmlisi təcrübə qazandığımı düşünürəm.

- Azərbaycan Premyer Liqası ilə Yunanıstan çempionatını müqayisə edərdin.
-Yunanıstan çempionatında Avropa təcrübəsi olan klublar mübarizə aparır. Bu komandalar hər il avrokuboklarda çıxış edərək güclənir. "Olimpiakos" və "Panatinaikos" kimi komandalara qarşı oyunlarda iştirak etmişəm. Təbii ki, belə rəqiblər olan çempionatda daha sürətli futbol nümayiş etdirməlisən. Azərbaycan çempionatını maraqla izləyirəm. Bilirəm ki, "Neftçi" çempionluğa çox yaxındı. Ölkə kubokunda da komandamız finala çıxıb. Sevinirəm ki, bunda mənim də, az da olsa payım var. Ümumiyyətlə, "Neftçi" hazırkı vəziyyətdə Yunanıstan çempionatında rahatlıqla ilk dördlüyə düşə bilər.

- Fiziki cəhətdən "artırdığın" elə zahiri görünüşündən də hiss olunur. Burada məşqlərə nə zaman başlayırsan?
-Təbii ki, Yunanıstan çempionatının oyunlarında daha çox yüklənirsən. Məşqlərimiz daha intensiv və gərgin keçir. İndi istirahətə buraxılmışıq. Bir müddətdən sonra burada "Neftçi" ilə məşqlərə başlayacam. Təbii ki, karyeramı ölkə xaricində davam etdirmək niyyətindəyəm. Klubumuzun prezidenti Sadıq Sadıqova minnətdarlığımı bildirmək istəyirəm. Çünki Avropa təcrübəsi qazanmağıma şərait yaradan "Neftçi" rəhbərliyi oldu. İnanıram ki, "Neftçi" bu il də Çempionlar Liqasında mübarizə aparacaq və əgər klub rəhbərliyi və məşqçilər heyəti lazım bilsə, komandama kömək etməyə hazıram.

- Milli komandada oynamaq üçün özünü hazır hesab edirsən?
- "Everton" klubu ilə müqaviləm var. İşçi vizasının olmaması səbəbindən İngiltərədə oynaya bilmirəm. Bu vizanı almaq üçün millinin heyətində oyunlara çıxmalıyam. Həm də bütün futbolçular kimi mənim üçün də millidə oynamaq şərəfdir. Dəvət olunan kimi canla-başla oynamağa hazıram. Özümü buna tam hazır sayıram.

 
Müəllif: Azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.