Klub xəbərləri
- 28.04.2012 / 0 şərh / 2544 -dəfə baxılıb
- “Qarabağ”ın ölkədaxili yarışlarda uğursuz çıxışı Ağdamın icra başçısı Nizami Sadıqovu özündən çıxarıb. Bölgənin rəhbəri, ölkə kubokunun yarımfinalında "Bakı"ya məğlub olaraq mübarizəni dayandıran "Qarabağ"ın oyunundan narazı qalıb. Hirsindən özünə yer tapa bilməyən icra başçısı, komandanı uğursuzluq zolağından çıxararaq Avrokuboklara vəsiqə qazanmağın vacibliyini bildirib.
Məlumata görə, klubun vitse-prezidenti Tahir Gözəlsə məşqçilər heyəti və futbolçuları tənqid etməyərək, "futbolda məğlubiyyətlər də olur" deməklə kifayətlənib.
Bir qrup azarkeş isə komandaya kəskin etiraz edərək, onlardan yalnız qələbə gözlədiklərini, bir daha uğursuzluq olacağı təqdirdə sərt hərəkət edəcəklərini bildiriblər