Klub xəbərləri
- 29.04.2012 / 0 şərh / 2410 -dəfə baxılıb
- Unibank Premyer Liqasının XXX turunda doğma azarkeşləri önündə "Kəpəz"i qəbul edən "Rəvan" rəqibi üzərində inamlı qələbə qazanıb.
Belə ki, oyunda vurulan 6 qoldan beşi meydança sahiblərinin payına düşüb. Qarşılaşmadan sonra məyus görünən “Kəpəz”in baş məşqçisi Fuad İsmayılov qısa danışıb: “Komanda tarixinin ən pis oyununu oynadı. Bu məğlubiyyət bizim üçün qara ləkədir. Çətin ki, yaddaşlardan silinsin”.
“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov isə əziyyətlərinin bəhrəsini gördüklərini dedi: “Oyuna yaxşı köklənmişdik. Nəticəsini də gördük. Qələbəyə görə komandama təşəkkür edirəm. “Kəpəz”ə uğurlar arzulayıram”.