Klub xəbərləri
- 29.04.2012 / 0 şərh / 2172 -dəfə baxılıb
- Unibank Premyer Liqasının 30-cu turunda “Turan” doğma meydanda “Sumqayıt”ı qəbul etdi. Gərgin idman mübarizəsində keçən oyun 1:1 hesablı heç-heçə ilə başa çatdı. Oyundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bölüşüb.
Ötən mətbuat konfransına gəlməyən Raab bu dəfə jurnalistlər önünə çıxıb və belə danışıb: “Çox yaxşı qol imkanlarımız oldu, təəssüf ki, yalnız birindən istifadə edə bildik. Komandam yaxşı oyun göstərdi, 1 xal qazandıq. Lakin biz qələbə qazanmaq istəyirdik. Gələcək oyunlarda xal qazanmaq bizə çətin olacaq”.
Əsgər Abdullayev isə itirlən xallara görə təəssüflənib: “İlk hissədə yaratdığımız 4 qol epizodundan yararlana bilmədik. Futbolda vurmayana – vurarlar qaydası var. Futbolçularıma topu saxlamağı tapşırmışdım. “Sumqayıt” bu gün daha yaxşı oyun göstərdi. Xalları itirdiyimiz üçün təəssüflənirəm”.