Klub xəbərləri
- 30.04.2012 / 0 şərh / 2356 -dəfə baxılıb
- "Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılovun müsahibəsi
- Hesabda önə keçməyinizə baxmayaraq, sonda məğlub olduz. Buna nə ad vermək olar?
- Heç bilmirəm bu oyuna nə ad verim! Uduzmağa gəlməmişdik. Uşaqlarda "nastroy" yaxşıydı. Qələbəni heç nədən qaçırdıq. Rəşad Abdullayevin vurduğu zərbəyə söz tapa bilmirəm. Elə qol olar?.. O uzaq məsafədən qapıya min zərbədən bəlkə biri də qol olmaz. Amma Rəşadda alındı.
- Demək istəyirsən ki, bu qol "Qarabağ"ı məğlubiyyətə apardı?
- Oyun o dəqiqəyədək bizim tərəfdəydi. Vaqif hesabı açmışdı, yenə də hücum edirdik. Rəşadın zərbəsi oyunu tamamilə dəyişdi.
- Son dəqiqədəki penalti, səncə, varıydı?
- Uzaqdan gördüm. Penal olub-olmadığına videoda baxanda deyə bilərəm.
- Hakimlikdən narazısan?
- Mən heç vaxt hakimlərdən danışmıram.
- Niyə hakimlər hər yıxıldığı epizodda Flavinyonun xeyrinə səhv qərarlar verir?
- Bilmirəm. Mənim üçün heç bir hakim qərarı fərq eləmir. Rəqib yıxırdır yerə, yenə durub oynumu oynayıram. Hakim istəyər, saxlayar, istəməz, davam etdirər. Fikir vermirəm.
- Zədən çox ciddidi?
- Həkimlər demişdi ki, bir həftə yeriyə bilməyəcəksən. Amma bir gündən sonra yeriməyim düzəldi, artıq o ağrılar qalmayıb. İndi maşın da sürürəm.
- Zədələndiyin epizodda nə baş verdi? Əzələni dartdın?
- Karqbo vurmadı, ayağım dartıldı. Riskə getdim, ayağma "naqruzka" saldım. Həmin yerdə zədəm vardı. Sağ ayağımı son oyunlarda zədədən qoruyurdum. Hətta "Bakı" ilə kubokdakı ilk oyunu buna görə buraxdım. Qurban müəllim cavab oyununda mənə yenə istirahət vermək istəyirdi. Lakin israrla oynamaq istəyində olduğumu dedim. Komandama kömək etmək istəyirdim. Həmin epizodda da "naqruzka" zədəli ayağıma düşdü, ondan sonra artıq ağırlar hiss etdim. Bəlkə də oynamasaydım, daha yaxşı olardı. Bu da bir qismətdi! Nə vaxtsa başıma gələcəkdi.
- Artıq mövsüm sənin üçün başa çatıb…
- Hə.
- Son vaxtlar əsas heyətdə yer almırdın. Zədələr də sənin davamlı oynamağına imkan vermir. Bunun axırı hara gedir?
- Ümumiyyətlə, bir yerdə zədəm var. Bəzi oyunları buraxmağımın səbəbi də zədədi. Gözləyirdim ki, tam sağalsın. "Bakı"ya qarşı oynamasaydım, tez sağala bilərdi. Dözməyib oynamağa qərar verdim. Onun üçün axırı belə oldu.
- "Bakı" ilə oyunda meydana çıxandan sonra ərazi üstünlüyü "Qarabağ"ın tərəfinə keçdi. Sənə elə gəlmir ki, oyunun qırılma nöqtəsi qapıçı ilə təkbətək qaldığın anda qol vura bilməməyin oldu?
- Deməzdim ki, belə oldu. Mən girəndən sonra oyunun sürəti artdı. Sona qədər mübarizə aparmağa gücüm çatsın deyə, ikinci hissədə meydana çıxdım. Oyunun uzatma dəqiqələrinə gedəcəyini düşünməmişdim, sonra mübarizəyə girişmək mənim üçün çətin oldu. O ki qaldı həmin məqamda qol vura bilməməyimə, belə şeylər olur. Ancaq həmin epizoda oyunun qırılma nöqtəsi deyə bilmərəm. Çünki əsas penaltilər seriyası idi. O da lotereya kimi bir şeydi. "Bakı"nı təbrik edirəm. Onlara kubokun finalında uğurlar arzulayıram. İnşallah, davamını gətirərlər!
- Rəşad Sadiqovun qaçırdığı penalti anında nə fikirləşdin?
- Penalti lotereya kimi bir şeydi. Ola bilər, biri vursun, digəri yox. Elə oldu ki, Rəşad vura bilmədi və onlar qalib gəldi. Başqa nə fikirləşə bilərəm ki?
- Üç ildi ki "Qarabağ" mövsümü titulsuz başa vurur. Komandanız həlledici məqamlarda büdrəyir. Buna səbəb nədi?
- Onu məndən deyil, baş məşqçidən soruşun. Mənim işim futbol oynamaqdı. Oynayanda da çalışıram ki, komandama xeyir verim. O ki qaldı titul qazana bilməməyimizə, bunu baş məşqçi daha yaxşı bilər.
- Finalın adı məlumdu. Bəs qalibi necə?
- Finala vəsiqə qazanan komandaların hər ikisi güclüdü. İnşallah, güclü qalib gələr.
- Bu gün üçün proqnozun nədi?
- Vallah, kimin kuboka sahib çıxacağını indidən deyə bilmərəm.
- Çempionatda işlər yaxşı getmir. Avropadan kənarda qalmaq riski böyükdü.
- Mənim üçün iki ilə üçüncü yer elə bir fərq eləmir. Əsas odu ki, dördüncü olmayaq. Avrokuboklara qatılmaq üçün mütləq bu iki oyunu udaq. Bütün Azərbaycan gözləyir ki, biz Avropaya çıxaq. Camaatın ən böyük ümidi yenə "Qarabağ"dı.
- Səncə, "Neftçi" layiqli çempion oldu?
- Artıq "Neftçi" çempiondu. Bu münasibətlə komandanın bütün üzvlərini təbrik edirəm. "Neftçi" yaxşı oyun göstərib, layiqli çempion oldu. Onların qapısına qol vurublar, məgər saymayıblar? Əksinə, "Neftçi" yaxşı oynayıb, çempion titulunu qazandı. Heç bir haramçılıqdan söhbət belə gedə bilməz.