Klub xəbərləri
- 30.04.2012 / 0 şərh / 2152 -dəfə baxılıb
"Oyun maraqlı alındı, hər iki komanda son dəqiqəyədək mübarizə apardı. Düşünürəm ki, qol vurulmasa da, qarşılaşma heç kimi biganə qoymadı".
Bu sözləri "İnter"in yarımmüdafiəçisi Samir Zərgərov deyib. Dünən "Xəzər Lənkəran"la 0:0 hesablı bərabərliklə bitən matçdan sonra klubun rəsmi saytına danışan futbolçu oyunla bağlı fikirlərini açıqlayıb:
"Artıq mövsümün sonudur və futbolçularda yorğunluq var. Ancaq biz bu vəziyyətin hərəkətlərimizə təsir göstərməməsi üçün var gücümüzlə oynamağa çalışdıq. Qarşıda bizi daha vacib oyunlar gözləyir və həmin matçlara daha diqqətlə yanaşmalıyıq”.