Klub xəbərləri
- 01.05.2012 / 0 şərh / 2070 -dəfə baxılıb
Mövsümün əvvəlindən bu yana zədəli futbolçular baxımından əziyyət çəkən "Bakı" klubunda vəziyyət indi də yaxşı deyil. Belə ki, son turda səfərdə "Qəbələ"yə böyük hesabla uduzan "Bakı"nın heyətində Uinston Parks, Aleksandr Şoliç, Juninyo kimi oyunçular meydana çıxmaq iqtidarında deyillər.
Sabiq baş məşqçi Aleksandr Starkovun sevimlisi Maris Verpakovskinin zədəsi isə lap ciddidi. Onsuz da mövsüm ərzində "zolaqlılar"a ciddi xeyir verməyən Maris üçün mövsüm vaxtından əvvəl başa çatıb. O, hətta kubokun finalında da paytaxt komandasına kömək etməyə bilər.
Qeyd edək ki, onun komandadan uzaqlaşdırılmaq ehtimalı da var.