Klub xəbərləri
- 04.05.2012 / 0 şərh / 2285 -dəfə baxılıb
- “Qəbələ”nin kapitanı Mahir Şükürov mövsümün sonunda hazırkı komandasından ayrıla bilər. Milli komandamızın da şərəfini qoruyan futbolçu növbəti mövsümdən karyerasını “Xəzər Lənkəran”da davam etdirə bilər.
Hətta yayılan xəbərlərə görə, Cənub klubunun baş məşqçisi Yunis Hüseynov artıq Mahirə təklif göndərərək, onu Lənkəran klubuna dəvət edib. Şükürov isə hələ ki, qəti qərarını verməyib.
Yunis Hüseynov isə məlumatı təkzib edib: “Mahir Şükürova dəvət göndərməmişik. Bu haqda ilk dəfə sizdən eşidirəm. Artıq mövsüm sona yaxınlaşıb. Sözsüz ki, bütün klublar kimi biz də komandanı gücləndirmək haqda düşünürük. Komandada hansı mövqelərə transfer lazım olduğunu müəyyənləşdirmişik. Lakin bu haqda mövsüm bitdikdə məlumat verəcəm. İndi bütün diqqətimizi qalan oyunlara vermişik”.
Qeyd edək ki, Mahir Şükürov 2004-06-cı illərdə “Karvan”da məhz Hüseynovun rəhbərliyi altında oynayıb, çempionatın gümüş və bürünc medallarını qazanıb. Mahirin “Qəbələ” ilə müqaviləsi mövsümün sonunda başa çatır.