Klub xəbərləri
- 04.05.2012 / 0 şərh / 2868 -dəfə baxılıb
- Neftçi” klubunun mövsümlərarası fasilədə heyətinə qatacağı ilk futbolçu bəllidir. Ardıcıl 2-ci dəfə ölkə çempionu olan paytaxt təmsilçisi yeni mövsümdə “Qarabağ”ın kapitanı Rəşad Sadiqovla müqavilə bağlayacaq.
“Neftçi”nin prezidenti Sadıq Sadıqovla danışıb, razılığa gələn yarımmüdafiəçi keçidi barədə hazırkı komandasına da məlumat verib.
Qeyd edək ki, əvvəllər də “Neftçi”də oynamış Rəşad 2008/09 mövsümünün I dövrəsindən sonra almaniyalı baş məşqçi Hans-Yurgen Gede tərəfindən klubdan qovulmuşdu.