Klub xəbərləri
- 08.05.2012 / 0 şərh / 12698 -dəfə baxılıb
- "Neftçi"nin ardınca "İnter" də ilk transferini reallaşdırmaq üzrədi. "Bankirlər" Tales Şützü heyətinə qatmağa hazırlaşır.
"Bankirlər" artıq AZAL-ın braziliyalı futbolçusu ilə anlaşma əldə edib. Rəsmi müqavilə isə mövsüm başa çatan kimi imzalanacaq.
Qeyd edək ki, Şütz ötən ilin yayından AZAL-da çıxış edir. 30 yaşlı futbolçu bu mövsüm premyer-liqada 19 oyun keçirib və 10 qol vurub. Əvvəllər Braziliya, İsrail, Yunanıstan, Polşa, Honkonq və Portuqaliyanın müxtəlif klublarında çıxış edən Tales 4 dəfə Honkonq çempionu olub.