Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
08.05.2012 / 0 şərh / 12308 -dəfə baxılıb

Vobay Xəzər Lənkəranı Neftçiyə dəyişdi

"Xəzər Lənkəran" afrikalı legioneri Julius Vobayı transferə çıxarıb. Bu haqda komandanın vitse-prezidenti Tuyqun Nadirov məlumat verib. O bildirib ki, syerra-leoneli futbolçunun hazırlıq səviyyəsi baş məşqçini qane etmədiyindən komandanın düşərgəsindən kənarlaşdırılıb.

Maraqlıdı ki, lənkəranlılar Vobayın "ağ-yaşıllar"la müqaviləsinin bu ilin dekabrında başa çatacağını bildirsə də, futbolçu başqa söz deyir: "Mən "Əl Məsri"yə keçəndə FİFA bu barədə "Xəzər Lənkəran"a müraciət etmişdi. Lakin onlar FİFA-ya cavab verməmişdi. Bundan sonra FİFA mənim "Əl Məsri"yə keçidimə icazə verdi. Misirdə məlum olaylar səbəbindən çempionat dayandı. Buna görə də indi azad agentəm. "Xəzər Lənkəran"ın məni transferə çıxarmaq hüququ yoxdu. İstədiyim klubla danışıq apara bilərəm. Hansısa klubla anlaşdıqdan sonra "Əl Məsri" mənim transfer vərəqimi verəcək. Bu, Azərbaycan, Misir, Braziliya və ya başqa bir ölkə ola bilər. Transferə çıxarılmağımla bağlı açıqlamalar boş şeydi".

Aprelin 13-də "Xəzər Lənkəran" rəsmi saytı ilə xəbər yayaraq, Vobayın düşərgəyə qayıtdığını açıqlamışdı. Həmin xəbərdə bildirilirdi ki, FİFA-nın Mübahisələrin Həlli Palatasının qərarına əsasən, Vobayın "Xəzər Lənkəran"ın futbolçusu olduğu və onun klubla müqaviləsinin mövcudluğu faktı təsdiqlənib. Lakin afrikalı futbolçu bunun doğru olmadığını bildirir: "Onlar məni yalvarıb Azərbaycana çağırıblar. FİFA-nın məni "Xəzər Lənkəran"ın oyunçusu hesab etməsi boş şeydi. Onlardan soruşub görün əllərində belə bir sənəd var? FİFA mənim xeyrimə qərar verib və həmin qərar əlimdədi. Bundan başqa heç bir qərar qəbul olunmayb. Elə bir qərar varsa, qoysunlar ortaya. Yenə deyirəm ki, mənimlə müqavilə bağlayan klub "Əl Məsri"yə müraciət edib, transfer vərəqimi almalıdı. İstədiyim kluba keçə bilərəm. "Xəzər Lənkəran" hər gün mənə müqavilə təklif edir, amma razılaşmıram. Bir neçə gün orada məşq etdim, sonra da komandanın düşərgəsindən ayrıldım. "Xəzər Lənkəran"la heç bir bağlılığım yoxdu. FİFA "Xəzər Lənkəran"ın əleyhinə qərar verib, vəssəlam. Sadəcə, onlar məni yalvara-yalvara qaytarıblar. Bəzi təkliflər var. Adlarını açıqlamıram. Amma onu deyə bilərəm ki, Türkiyə və Azərbaycan klublarıdı".

Bütün bu söz-söhbətlərin fonunda dünən bəlli oldu ki, Vobay "Neftçi" ilə anlaşıb. "Qarabağ"ın kapitanı Rəşad Sadiqovdan sonra flaqman bu dəfə digər əzəli rəqibi "Xəzər Lənkəran"ın sabiq üzvünün keçidini həll edib.

İndi cənubluların buna reaksiyası maraqla gözlənilir. Çünki onlar Vobayın onlarla müqaviləsi, futbolçu isə azad agent olduğunu bildirir. Məhz 3 gün öncə Lənkərandan Bakıya gələn Vobay çoxdan maraq dairəsində olduğu "Neftçi" ilə budəfəki danışıqlarını müsbət yekunlaşdırıb. Odu ki, onunla rəsmi müqavilə imzalanıb. Yarımmüdafiəçinin imzaladığı rəsmi müqavilə artıq Peşəkar Futbol Liqasına da təqdim olunub.
 
Müəllif: Azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.