Klub xəbərləri
- 08.05.2012 / 0 şərh / 12523 -dəfə baxılıb
- "Neftçi"nin futbolçusu Fərid Quliyev zədələnib. Gənc hücumçunun barmağı qırılıb. Hadisə "Bakı" ilə XXXI turun oyununda baş verib. Həkimlər meydana start heyətində çıxan və 90 dəqiqə oynayan Fəridin barmağının qırıldığını aşkarlayıb. Artıq oyunçunun əlini gipsə qoyublar. Onun Premyer Liqanın turunda meydana çıxıb-çıxmayacağı sual altındadı.