Klub xəbərləri
- 12.06.2012 / 0 şərh / 14235 -dəfə baxılıb
Avropa Liqası oyunlarına hazırlaşan "Bakı" dünən keçirdiyi 2 məşqlə hazırlıqlarını davam etdirir.
Komandanın baş məşqçisi Novruz Əzimov bu barədə "Bakı" futbol klubunun internet televiziyasının izləyicilərinə məlumat verib: "Hazırlıq plan üzrə gedir. Bəzi futbolçularmız obyektiv səbəblərdən hələ ki komandaya qoşulmayıblar. Uinston Parks, İbrahim Karqbo və Koke xaricində digər futbolçular plan üzrə hazırlıqlarını davam etdirirlər. Ayın 17-nə qədər öz təlim-məşq bazamızda gündə 2 dəfə olmaqla məşq eliyəciyik. İyunun 18-dən Sloveniyaya yola düşəciyik və orada 12 günlük təlim-məşq toplantısı keçirəcəyik".