Klub xəbərləri
- 12.06.2012 / 0 şərh / 13348 -dəfə baxılıb
Avstriyanin Kirxdorf qəsəbəsində təlim məşq toplanışını davam etdirən komandamız məşqlərini gündə iki dəfə olmaqla davam etdirir.
Düşərgədə baxışda olan iki futbolçu - yaponiyali Saito Yosuke və holland Yason Oost məşqçilər korpusunun etimadını qazana bilməyərək geri göndəriliblər.
Dünən isə "Xəzər Lənkəran”ın Buxarestin "Dinamo" klubundan transfer etdiyi Adrian Manuel Skarlatake komandaya qoşularaq bu gün səhər məşqində də iştirak edib.
Hazırda komandamızda yüksək ab-hava hökm sürür. Zədəli futbolçunun olmamasi da məşqçilər korpusunu sevindirən məqamlardandır.